reklam
USD
20 ℃
EUR
BAKI

Arif Paşayev: “Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub”

MÜSAHİBƏ / 18.10.2018 22:39
Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub. Trend-in məlumatına görə, bunu "CanSat Azerbaijan” müsabiqəsinin qaliblərinin mükafatlandırılmasına həsr olunmuş tədbir zamanı Milli Aviasiya Akademiyasının rektoru, Kosmik Məsələlər üzrə Şuranın sədri, akademik Arif Paşayev deyib.

Qonaqları salamlayan A.Paşayev müsabiqə barədə danışaraq qeyd edib ki, bu müsabiqənin keçirilməsi fikri Təhsil Nazirliyi və "Azərkosmos” ASC-yə aiddir: "CanSat Azerbaijan” müsabiqəsində ölkənin 11 universitetindən 200-ə yaxın tələbə iştirak edib. Onlardan 66 nəfəri müsabiqənin finalçısı olub. Bu müsabiqədə uduzan yoxdur, çünki iştirakçılar həm mühəndis, həm də proqramçı kimi böyük təcrübə qazanıblar. Mən bütün finalçılara yeni qələbələr arzu edirəm”.

A.Paşayevin sözlərinə görə, müsabiqənin keçirilməsində münsiflər heyətinin böyük əməyi var. Bu heyətə ABŞ-ın Merilend Universitetinin professoru, kosmik tədqiqatlar sahəsində görkəmli alim, akademik Roald Saqdeyev rəhbərlik edib.

Tədbir zamanı R.Saqdeyev "CanSat Azerbaijan” müsabiqəsinin Azərbaycanın orta tədris müəssisələri arasında da keçirilməsini təklif edib:

"Bir neçə il əvvəl Azərbaycan Milli Aviasiya Akademiyasından olan komandalar "CanSat” müsabiqəsi ilə tanış oldular. Bu müsabiqədə, həmçinin ADA Universitetinin tələbələri iştirak etdilər və qeyd etmək lazımdır ki, Bakıdan olan komandalar layiqincə çıxış etdilər. Bundan sonra "Azərkosmos” ASC-nin təşəbbüsü ilə bu fikir Azərbaycanda reallaşdırıldı”.

O xatırladıb ki, 61 il əvvəl ilk peyk buraxılıb və elə o zaman mühəndislər fikirləşib ki, bu prosesi müşahidə etmək üçün geniş kütlə cəlb olunması arzuolunandır: "Bütün dünyada radio həvəskarları bu peykdən siqnallar almağa başladı. Bu ənənə davam edir. Sonra kosmik proqramın inkişafı ilə çoxlu həvəskarlar meydana çıxdı. NASA mütəxəssisləri ABŞ tələbələri üçün xüsusi müsabiqələr keçirmək qərarına gəldi, bir müddət sonra isə digər ölkələrdən tələbələr dəvət edildi. Müsabiqə "CanSat” adını aldı”.

R.Saqdeyev əlavə edib ki, müsabiqə böyük populyarlıq qazandı və bir müddət sonra Rusiyada təşkil olundu: "Azərbaycanda "CanSat” müsabiqəsində komandalar mikropeyk dizaynı fikirləşməli və onu maket şəklində hazırlayıb münsiflərə nümayiş etdirməli idi. Birinci mərhələnin yekununda 10 komanda dəvət olundu. Mikropeyklərin buraxılışı sentyabrda keçirildi. Havanın küləkli olmasına baxmayaraq, yarış uğurla keçdi. Bu müsabiqədə uduzan yoxdur. Əminəm ki, bu yaradıcı müsabiqə ənənəyə çevriləcək və iştirakçıların sayı çoxalacaq”.


Oxunub: 481






SON XƏBƏRLƏR

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image

2025-05-27

17:23 QƏZƏLLƏR : O.D.ELMAN

Product image

2025-05-26

15:16 Prezident İlham Əliyev Bakı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə tanış olub

Product image

15:01 “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin İsmayıllıda yeni istehsal müəssisəsi açılıb

Product image

2025-05-19

00:14 YAZMAĞA VARIMDIR QƏLƏM, VARAĞIM, TUTARLI YAZMAĞA SÖZ AXTARIRAM

Product image

00:08 ÖMRÜN SONU İLƏ ÖMRÜN ƏVVƏLİ, AXIRDA BİRLƏŞİB, BİR YOL GEDİRLƏR

Product image

2025-02-01

03:12 Prezident İlham Əliyev Albaniyaya işgüzar səfərə gəlib VİDEO

Product image

2025-05-12

11:22 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər

Product image

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim