“Hər bir dövlət qonşu dövlətlərlə dialoq aparmalıdır” - Əli Həsənov
RƏSMİ / 20.10.2018 15:38
Hər bir dövlətin dialoqa olan münasibəti onun daxilindən başlayır.
Bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov Türkiyənin Kayseri şəhərinin Erciyez Universitetində keçirilən konfransda deyib.
Əli Həsənov bildirib ki, Azərbaycan multikultural dəyərləri öz dövlət siyasətimizin təməl prinsiplərindən, əsas istiqamətlərindən biri kimi elan edib və ölkədə azərbaycanlı olmayan hər kəsə hörmətlə, sevgi ilə yanaşır, ona öz xalqımıza, millətimizə bəslədiyimiz münasibəti bəsləyirik: "Nolsun ki, o başqa dinə sitayiş edir, nolsun ki, onun dili, mədəniyyəti və digər davranış normaları fərqlidir. Onlar Azərbaycan vətəndaşı olaraq bizim dövlətin, bizim cəmiyyətin qanunlarını, davranış normalarını qəbul edirsə, ona hörmətlə yanaşmaq bizim borcumuzdur".
Şöbə müdirinin sözlərinə görə, bu gün Cənubi Qafqazda Azərbaycan bir regional rifah, barış və siyasəti yürüdür: "Əlbəttə burada müəyyən prinsiplər var, hər bir dövlət başqa dövlətin haqlarına, milli haqlarına, başqa dövlətin ərazi bütövlüyünə, dövlətin atributlarına, iqtisadi maraqlarına, milli mentalitetinə hörmətlə yanaşmalıdır. İstəmirsənsə sənin mentalitetinin üstünə gəlsinlər, başqa dövlətin mentalitetinin üstünə getməməli, istəmirsənsə sənin dövlətinin ərazi bütövlüyünü pozsunlar, başqa dövlətə ərazi iddiası irəli sürməməli, istəmirsən sənin təhlükəsizliyini təhdid etsinlər, başqa dövlətin təhlükəsizliyini göz önünə almamalısan. Yəni, hər bir dövlət özünə rəva görmədiyini başqa dövlətə rəva görməməlidir. Dünyada dövlətlər arası münasibətin bir şərti var. Bu şərt BMT-nin Nizamnaməsində öz əksini tapıb. Başqa dövlətin daxili işinə qarışmamaq, onun ərazi bütövlüyünə və suveren hüquqlarına hörmətlə yanaşmaq, mübahisəli məsələləri müharibə yolu ilə deyil, dinc yollarla həll etmək, dövlətlərarası tərəfdaşlıq münasibətləri yaratmaq, insan hüquqlarına əməl etmək, insanların sərbəst hərəkəti, miqrasiya və digər məsələlərə şərait yaratmaq. Amma beynəlxalq hüquq həm də iki dövlət arasında və bir neçə dövlət arasında razılaşdırılmış şərtləri də beynəlxalq hüquq sayır. Məsələn, Rusiya-Azərbaycan-Türkiyə ümumi bir əməkdaşlıq platforması yaradıb və kifayət qədər də perspektiv olan platformadır. Rusiya-İran-Azərbaycan platforması var, nəqliyyat, kommunikasiya işləri üzərində qurulub, İran-Türkiyə-Azərbaycan platforması var, Azərbaycan-Gürcüstan-Türkiyə platforması var, Azərbaycan-Türkiyə-Gürcüstan-Türkmənistan platforması var. Bunların hər biri regional dialoq platformasıdır ki, dövlətlər istəyini ortaya qoyub və qarşılıqlı nöqtələr tapılıb".
Əli Həsənov qeyd edib ki, dialoq üçün mütləq şəkildə qarşılıqlı nöqtələr tapılmalıdır, qarşılıqlı şərtlər ortaya qoyulmalıdır: "Götürək hal-hazırda dünyada bütün beynəlxalq hüquq şərtlərini aşaraq zorla qapımıza gələn, qapımızı döyən, bizim siyasətimizə, sivil normalarımıza təzyiq formasında həyata keçirilən enerji maraqlarına. Bütün dünya bu gün dünyanın mövcud enerji resursları uğrunda mübarizə aparır. Enerji resurslarına yiyələnmək istəyən dünyanın güclü dövlətləri o enerji qaynaqlarını daha əlverişli şərtlərlə, daha ucuz qiymətə və rəqabətdənkənar mühitdə ələ keçirib öz dövlətinin maraqlarını təmin etmək istəyir. Ona sahib olmayan və dünyada yetərincə gücü olmayan digər dövlətlər başqaları ilə ittifaqlar yaradaraq öz payını almaq istəyir".(trend.az)
Oxunub: 300
08.06.2026
13:12 Bahar Muradova: "Uşaqları qoruya bilməyən platforma uyğun mühit deyil"
13:11 Bakının mərkəzi küşələrindən birində genişmiqyaslı layihənin icrasına başlanılır - FOTO
12:55 SON DƏQİQƏ! Milli Məclis yeni qərar qəbul etdi:12 ay sonra qüvvəyə minəcək
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
12:36 Hansı sosial şəbəkə uşaqlar üçün daha TƏHLÜKƏLİDİR? - Komitə sədrindən MÜHÜM ÇAĞIRIŞ
12:29 Bakıda DƏHŞƏT: Mənzildən ata və məktəbli oğlunun meyitləri tapıldı, digər övlad xəstəxanalıq oldu
12:19 Nazir müavini: "Məktəblərdə "TikTok"a çıxış bloklanıb"
12:15 İsrail İrana qarşı genişmiqyaslı hücumları yekunlaşdırdı? - AÇIQLAMA
11:45 Ermənistanda siyasi qüvvələrin parlamentdəki yerləri bəlli oldu
11:12 Altıağac-Xızı yolunda TƏHLÜKƏ: "Yol tamamilə dağılıb" - VİDEO
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
09:49 Ceyhun Bayramov İstanbula səfər edib
09:40 I və IV qruplar üzrə qəbul imtahanlarının CAVABLARI AÇIQLANDI
İDMAN
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim