reklam
USD
4 ℃
EUR
BAKI

Polis reyd keçirdi -117 sərxoş sürücü aşkarlandı

Cəmiyyət / 20.10.2018 21:19
Xaçmaz rayonunda yol hərəkət qaydalarına riayət olunması və baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi əməkdaşları tərəfindən bütün zəruri tədbirlər görülür.

DİN-dən  Carci.tv verilən məlumata görə, rayon ərazisində yol-nəqliyyat hadisələrinin qarşısının alınması və yollarda təhlükəsizliyin təmin olunması məqsədilə görülən qabaqlayıcı tədbirlər barədə danışan DYPB-nin rəisi, polis mayoru Elşad Nəbiyev bildirib ki, inspektorlar tərəfindən qəzaların sayının minimuma endirilməsi və yol hərəkəti qaydalarına riayət olunması məqsədilə mütəmadi olaraq reydlər keçirilir, spirtli içki qəbul edən sürücülər saxlanılaraq barələrində qanunauyğun tədbirlər görülür.

O, qeyd edib ki, cari ilin ilk doqquz ayı ərazində rayon ərazisində 7467 qayda pozuntusu aşkar olunub ki, onlardan 7316 şəxs barəsində inzibati protokol tərtib edilib. Barələrində tədbir görülən şəxslər arasında 117-i nəqliyyat vasitəsini sərxoş halda idarə edənlər və 158-i isə sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edənlər olub.

2017-ci ilin müvafiq dövriyyə müqayisədə göstəricilərin sayında artma olduğunu bildirən bölmə rəisi, keçən il sərxoş halda nəqliyyat vasitəsini idarə edənlərin 113 və sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edənlərin 155 nəfər olduğunu bildirib. Bundan əlavə manevr qaydalarını pozan 366, ötmə qaydalarını pozan 1032 və əks hərəkət zolağına çıxaraq hərəkəti davam etdirən 442 sürücü aşkar edilərək barələrində inzibati qaydada protokol tərtib edilib. Bir nəfər isə rayon ərazisində avtoxuliqanlıq etdiyinə görə YPX-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə barəsində inzibati qaydada protokol tərtib olunub və Xaçmaz rayon Məhkəməsi tərəfindən müvafiq qərar qəbul edilib.

Rayon ərazisində baş verən yol nəqliyyat hadisələri haqda məlumat verən bölmə rəisi bildirdi ki, qeyd olunan müddətdə Xaçmaz rayonu ərazisində 24 yol nəqliyyat hadisəsi baş verib ki, bu da keçən illə müqayisədə 2 fakt azdır. Sürücülərlə aparılan profilaktiki söhbətlərin nəticəsində yol nəqliyyat hadisələrinin sayının azalmasını sevindirici hal kimi dəyərləndirən Elşad Nəbiyev, qayda pozan sürücülər barəsində tərtib edilən inzibati protokolların ödənilməsi göstəricisinində yüksək olduğunu bildirib. Onun sözlərinə görə, ilk doqquz ayda tərtib olunan 7316 inzibati protokolun 88 faizi qayda pozmuş sürücülər tədəfindən ödənilib.


Oxunub: 350






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim