reklam
USD
6 ℃
EUR
BAKI

Böyük Vətən müharibəsinin azərbaycanlı iştirakçıları ilə bağlı yeni sayt istifadəyə veriləcək

Cəmiyyət / 21.10.2018 12:18
Böyük Vətən müharibəsində itkin düşmüş və həlak olmuş azərbaycanlıların axtarışı məqsədilə yaxın günlərdə "qələbə.az” saytı istifadəyə veriləcək. Ölkəmiz üçün yeni olan bu layihə Böyük Vətən müharibəsinin itkin düşmüş azərbaycanlı iştirakçılarının axtarılmasının, onların adlarının əbədiləşdirilməsinin, xalqımızın öz tarixinə və hər bir vətəndaşına sahib çıxmasının əyani sübutudur. Tariximizin böyük bir hissəsini özündə əks etdirəcək və ictimaiyyətin istifadəsinə veriləcək sayt azərbaycanlıların iştirak etdikləri digər müharibələrdə də itkin düşmüş və həlak olmuş şəxslər haqqında məlumatlarla mütəmadi qaydada zənginləşdiriləcək. Saytın baş redaktoru və təsisçisi kinorejissor, Mədəniyyət Nazirliyinin sektor müdiri Cəmil Quliyevdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov məlumat verib.

C.Xəlilov bildirib ki, Respublika Veteranlar Təşkilatı itkin düşmüş müharibə iştirakçılarının axtarışı, onlarla bağlı məlumatların üzə çıxarılması ilə daim məşğul olur. Bu iş MDB məkanı ilə yanaşı, bir sıra Avropa ölkələrinin müvafiq axtarış qrupları vasitəsilə müntəzəm surətdə həyata keçirilir. Çünki İkinci Dünya müharibəsinin başa çatmasından 73 ildən çox vaxt ötməsinə baxmayaraq, müxtəlif cəbhələrdə döyüşmüş minlərlə həmvətənimizin taleyi hələ də naməlum olaraq qalır.

"Ümumiyyətlə, "qələbə.az” məlumat-axtarış saytı bu sahədə fəaliyyətin intensivləşdirilməsinə imkan verəcək. Saytın yaxın vaxtlarda fəaliyyətə başlaması üçün Respublika Veteranlar Təşkilatı bu layihəyə yaxından kömək göstərəcək və əməkdaşlığı davam etdirəcək”, - deyə C.Xəlilov vurğulayıb.

O, həmçinin qeyd edib ki, Respublika Veteranları Təşkilatında qurumun Rəyasət Heyətinin üzvləri, ziyalılar və veteranların iştirakı ilə saytın ilkin müzakirəsi keçirilib, təklifləri dinlənilib. Müzakirələr nəticəsində Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvü Cəmil Quliyevin başçılıq etdiyi qrup tərəfindən yaradılan saytın tərtibatı, orada yer alacaq bölmələr, informasiya bazasının qurulması haqqında yekun qərar qəbul olunub.


Oxunub: 336






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim