reklam
USD
4 ℃
EUR
BAKI

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın daxili işlər nazirini qəbul edib YENİLƏNİB

RƏSMİ / 23.10.2018 17:43
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsevi qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Vladimir Kolokoltsevin Azərbaycana səfərini əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirərək, iki ölkənin Daxili İşlər nazirlikləri arasında qarşılıqlı fəaliyyətin yüksək səviyyədə olduğunu qeyd etdi. Azərbaycan ilə Rusiyanın dost ölkələr olduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimizin bütün istiqamətlərdə fəal əməkdaşlıq həyata keçirdiyini bildirdi. Dövlətimizin başçısı bu baxımdan ölkələrimizin Daxili İşlər nazirlikləri arasında çox səmərəli əməkdaşlığın həyata keçirilməsindən məmnunluğunu ifadə etdi.

Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərə toxunaraq, sentyabr ayında özünün Rusiya Federasiyasına rəsmi səfərini, sonra isə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfərini ölkələrimiz arasında mövcud olan qarşılıqlı fəaliyyətin xarakterinin və etimadın əyani nümunəsi kimi dəyərləndirdi. Dövlətimizin başçısı qeyd etdi ki, bu səfərlər zamanı digər məsələlərlə yanaşı, hüquq-mühafizə orqanları arasında əlaqələr də müzakirə edilib və bu sahədə də əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsev qəbula görə minnətdarlığını bildirdi. O qeyd etdi ki, bu ilin iyul ayında MDB ölkələrinin Daxili İşlər Nazirləri Şurasının Bakıda keçirilən iclasının iştirakçılarını qəbul edən zaman Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən söylənilən xoş sözlər tədbir iştirakçılarında böyük məmnunluq hissi doğurub.

Ölkələrimizin ikitərəfli münasibətlərinə toxunan Vladimir Kolokoltsev bildirib ki, dövlət başçıları arasında son bir ildə 5 görüşün keçirilməsi bu münasibətlərin inkişaf strategiyasının bundan sonra da möhkəmləndirilməsinin vacib olduğunu göstərir. Eyni zamanda, Aktau şəhərində Xəzəryanı dövlətlərin başçıları tərəfindən imzalanmış sənədlər də hüquq-mühafizə orqanlarının qarşılıqlı fəaliyyəti üçün bir təkan rolu oynayıb.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.




Oxunub: 436






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim