reklam
USD
17 ℃
EUR
BAKI

SOCAR Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk konteyner nəqlini həyata keçirib

İqtisadiyyat / 23.10.2018 15:58
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi "Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan "ADY Konteyner” ilə birgə karbamidin Türkmənistanın Marı zavodundan Türkiyəyə çatdırılması üzrə ilk sınaq alışını və nəqlini həyata keçirib.

"ADY Konteyner” MMC-dən AZƏRTAC-a bildirilib ki, nəql Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yüklərin vaqonlardan konteynerlərə yenidən yüklənməsi yolu ilə reallaşdırılıb. Ardından yüklənmiş konteynerlər Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə Türkiyənin üç müxtəlif istiqamətinə göndərilib və müvəffəqiyyətlə alıcıya çatdırılıb.

Bu konteyner daşımalarının həyata keçirilməsi layihəyə qatılan ölkələrin logistik imkanlarını, layihəyə Mərkəzi Asiya regionunun ölkələrinin, o cümlədən Türkmənistanın cəlb olunduğunu, eləcə də konteyner daşımalarından istifadənin üstünlüyünü bir daha nümayiş etdirib.

Gələcəkdə nəqliyyat xərclərinə qənaət edilməsi və Azərbaycan karbamidinin dünyanın hər yerinə "qapıdan qapıya” metodu əsasında çatdırılması məqsədilə "SOCAR Carbamide” şirkətinin istehsal etdiyi karbamidin də nəql olunması planlaşdırılır.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı 2017-ci il oktyabrın 30-da həyata keçirilib.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycan-Gürcüstan-Türkiyə hökumətlərarası saziş əsasında tikilib. İlkin mərhələdə yükdaşımalarının həcmi illik 6,5 milyon ton səviyyəsində olacaq, gələn ildən bu yol ilə sərnişindaşıma da həyata keçiriləcək.



Oxunub: 340






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim