PA rəsmisi Trampın müşavirinin Bakıya səfərini şərh etdi
RƏSMİ / 24.10.2018 19:02
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviriCon Boltonun Azərbaycana səfəri ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.
Carci.tv müsahibəni təqdim edir.
-ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana səfərini necə şərh edərdiniz?
- Dövlətimizin başçısıİlham Əliyevilə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton arasında görüş konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib. Bu səfər Azərbaycan ilə ABŞ arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafı və daha da dərinləşməsi üçün əlverişli imkanlar yaradır. Görüş əsnasında enerji, təhlükəsizlik, terrorizmə qarşı mübarizə kimi sahələrdə əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparıldı. Azərbaycanın Əfqanıstanda sülhyaratma missiyasına verdiyi dəstək və töhfə təqdir olundu. Həmçinin ölkəmizdə xarici investorlar üçün yaradılmış münbit şərait qeyd olunaraq, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi və ABŞ şirkətlərinin və sərmayələrinin daha yaxından Azərbaycan bazarına cəlb edilməsi məsələləri müzakirə olundu.
Görüşdə dövlətimizin başçısı tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsi xüsusilə vurğulandı. ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olduğunu nəzərə alaraq, münaqişənin tezliklə həlli və regionda dayanıqlı sülhün təmin olunması üçün bütün həmsədrlər tərəfindən səylərin artırılmasının vacibliyi qeyd olundu.
-Görüş çərçivəsində regional məsələlərə dair nə kimi müzakirələr aparıldı?
- Görüşdə regional və beynəlxalq gündəlikdə duran məsələlər barədə də fikir mübadiləsi aparıldı. Regional məsələlərə gəlincə, dövlətimizin başçısı tərəfindən bir daha qeyd olundu ki, Azərbaycanın qonşu dövlətlərlə işgüzar və dostluq münasibətləri var. Bildiyiniz kimi, məlum səbəblərə görə Ermənistan istisna olmaqla, Azərbaycan dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn ali prinsiplərini rəhbər tutaraq qonşu dövlətlərlə əlaqələri davamlı surətdə inkişaf etdirir.
Oxunub: 322
25.08.2026
22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
08.08.2026
17:40 Deputat:
17:14 Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim