reklam
USD
15 ℃
EUR
BAKI

Leyla Əliyeva Heydər Əliyev Mərkəzində innovativ məhsul və xidmətlərin, startapçıların uğurlu tətbiqlərinin nümayiş olunduğu pavilyonla tanış olub

CANLI TV / 26.10.2018 00:33
VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Heydər Əliyev Mərkəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin innovativ məhsul və xidmətlərin, startapçıların uğurlu tətbiqlərinin nümayiş olunduğu pavilyonu da fəaliyyət göstərir.
Oktyabrın 25-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva pavilyonla tanış olub.
İnnovativ məhsul və xidmətlərin, startapçıların uğurlu tətbiqlərinin nümayiş olunduğu pavilyon "Robopark”, "I2B İdeyadan Biznesə”, "Startaplar” və "Kommersiyalaşdırılmış layihələr” zonalarından ibarətdir.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə pavilyonla tanış olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya məlumat verdi ki, ümumilikdə pavilyonda robotiks kursları, dronlar, küləklə işləyən cihazlar, xilasedici, rəngləri tanıyıb müvafiq qaydada ayıra bilən, müxtəlif əşyaların yerini təyin edən robotlar nümayiş olunur. Pavilyonun kommersiyalaşdırılmış layihələr bölməsində Azərbaycanın rəqəmsal mədəni irsinin də təbliğ olunduğu "Google Art & Culture” beynəlxalq rəqəmli incəsənət və mədəniyyət platforması fəaliyyət göstərir. Belə ki, yüzlərlə təşkilat, müxtəlif tədbirlər, obyektlər, eləcə də bir neçə Azərbaycan muzeyinin rəqəmli kontentləri bu platformada cəmləşib. Bölmədə ziyarətçilərin diqqətini çəkəcək "Virtual cərrahiyyə” də təqdim olunur. Bu layihə rəqəmli texnologiyaların tətbiqi vasitəsilə bərpaedici cərrahiyyədə yüksək funksional və estetik nəticələr əldə etməyə imkan verir. Sözügedən layihələrin hər biri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan qrant alıb və Yüksək Texnologiyalar Parkının rezidenti olan startap layihələridir.
Bundan başqa, pavilyonda "İdeyadan Biznesə” layihəsi çərçivəsində həm respublikanın ayrı-ayrı regionlarında, həm də Bakı şəhərində yerləşən ali təhsil ocaqlarından seçilən 3 qalib startapçı öz layihələrini təqdim edir. Bunlar "Xilaskar qolbaq”, "Ağıllı ev” və "Virtual tur” layihələridir. "Xilaskar qolbaq” insan təzyiqində qeydə alınan problemlərlə bağlı yaxınlıqdakı tibb məntəqələrinə və ya sahə həkimlərinə məlumatların ötürülməsini təmin edir. "Ağıllı ev” məişət cihazlarının məsafədən idarə olunmasına hesablanıb. "Virtual tur” isə onlayn rejimdə turizm obyektlərinin müəyyən edilməsi, bronlaşdırılması üzrə tətbiqdir. Xaricdə təhsil alan startapçılar da nazirliyin pavilyonunda öz məhsullarını təqdim etmək şansı qazanıblar.
Pavilyon "InnoExpo” adı altında "İnnovasiyalar həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində keçiriləcək tədbirlər zamanı da öz işini davam etdirəcək.


Oxunub: 481






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim