reklam
USD
16 ℃
EUR
BAKI

VI Bakı Beynəlxalq Humanitar Forumu başa çatıb

XƏBƏR / 26.10.2018 11:04
"Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumu oktyabrın 26-da başa çatıb.

Carci.tv xəbər verir ki, Forumun Bəyannaməsi qəbul edilib.

Foruma yekun vuran mədəniyyət naziri Əbülfəs Qarayev deyib ki, iki gün davam edən beynəlxalq tədbirdə 90-dan çox ölkədən və 24 beynəlxalq təşkilatdan 580-dən artıq nümayəndə iştirak edib. 2010-cu ildən təşkil olunan Forumun təşəbbüsçüləri Azərbaycan və Rusiya prezidentləridir. Forumda müasir dünyamızı narahat edən vacib məsələlər müzakirə edilib. Beynəlxalq tədbirdə dinlənilən bütün məruzələr çap olunacaq.

Qeyd edilib ki, Forumda BMT baş katibinin iki müavini, ISESCO, IRCICA, TÜRKPA, TÜRKSOY, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Türk Akademiyası, Parlamentlərarası Birlik, BMT-nin iqtisadi və sosial Şurası kimi təşkilatların rəhbərləri, UNESCO, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, MDB İcraiyyə Komitəsi rəhbərlərinin müavinləri iştirak ediblər. Tədbirə, həmçinin Sudanın vitse-prezidenti, Rusiya və Slovakiyanın baş nazirlərinin müavinləri, Sloveniya, Uruqvay, Rusiya, Misir, Belarus, İtaliya və Estoniya parlamentlərinin sədr və sədr müavinləri, Gürcüstan, Monteneqro, Özbəkistan, Bolqarıstan, Türkiyə, Sudan, Tacikistan, Qazaxıstan, Ukrayna, Əfqanıstan, Filippin və Bolqarıstandan nazir və nazir müavinləri Qazaxıstan, Türkiyə, Tacikistan və Özbəkistandan ombudsmanlar, habelə 15 ölkədən 40-dan çox deputat, 46 ölkənin diplomatik nümayəndəliklərinin başçıları, çoxsaylı şirkət rəhbərləri, elm xadimləri, ekspertlər qatılıblar.

Prezident İlham Əliyevin Forumun açılışında söylədiyi nitqin çox böyük maraq doğurduğunu söyləyən nazir bildirib ki, iştirakçılar xüsusilə Azərbaycandakı iqtisadi inkişaf, tolerantlıq barədə geniş məlumatlar əldə ediblər. Forumun Bakıda keçirilməsi Azərbaycanın tolerantlıq modelinin dünyaya təqdim olunması baxımından xüsusi əhəmiyyət kəsb edib.

VI Bakı Beynəlxalq Humanitar Forumunda çox ciddi məsələlərin müzakirə edildiyini söyləyən Ə.Qarayev deyib ki, ümumilikdə 2 gün ərzində müxtəlif sessiya və panellərdə 150-dən çox məruzə dinlənilib. Forum gələcək dünyamızı formalaşdıracaq kreativ ideyalar və onların həyata keçirilməsi yollarının axtarılmasını diqqətdə saxlayıb. İki gün ərzində bəşəriyyəti narahat edən aktual məsələlərin həlli yolları araşdırılıb.

Nazir vurğulayıb ki, Forumda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminə də toxunulub, bütün iştirakçılar birmənalı şəkildə Azərbaycanın haqq işini dəstəkləyiblər.

Ə.Qarayev deyib ki, bu il "Bakı Prosesi”nin 10 illiyidir. Bu proses müxtəlif mədəniyyətləri vahid bir platforma ətrafında birləşdirməyi bacarıb. Bu təşəbbüs dünyanın nüfuzlu beynəlxalq qurumları tərəfindən dəstəklənir. "Bakı Prosesi”nin uğurlu olmasını rəqəmlər də sübut edir. Ötən müddət ərzində bu proses çərçivəsində təşkil olunan tədbirlərə 170-dən çox ölkə qatılıb. Bu, bir daha göstərir ki, Bakı dünyanı düşündürən məsələlərin müzakirə edildiyi vahid məkana çevrilməkdədir.

Bütün qonaqlara minnətdarlığını bildirən nazir onları gələn il keçiriləcək V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştiraka dəvət edib.

 

FOTOQALERIYA





Oxunub: 396






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim