reklam
USD
6 ℃
EUR
BAKI

Daş karxanaları böyük həcmdə toz kütləsinin ətrafa yayılmasına şərait yaradır - RƏSMİ

Reportaj / 26.10.2018 15:04
Oktyabrın 26-da Ekologiya və Təbii Sərvətlər Nazirliyində növbəti mətbuat konfransı keçirilir.

Carci.tv xəbər verir ki, tədbirdə oktyabrın 25-də havada müşahidə olunan tozun səbəbləri və atmosfer havası haqqında məlumat verilib. Bundan əlavə, konfransda şadlıq saraylarının və karxanaların fəaliyyəti zamanı atmosferə atılan tullantılar mövzusuna da toxunulub. Şadlıq saraylarının fəaliyyətinin dayandırılması istiqamətində görüləcək tədbirlər haqqında KİV nümayəndələrinə məlumat verilib.

Tədbirdə nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov bildirib ki, paytaxtda havanı bürüyən toz-duman lokal xarakterlidir və onun əsas mənbələrindən biri şəhəri əhatə edən daş karxanalarıdır. Bununla bağlı nazirliyə əhali tərəfindən çoxlu sayda şikayətlər daxil olur.

Daş karxanalarındakı mövcud vəziyyətlə əlaqədar nazirlik tərəfindən araşdırmalar aparılıb, istismar sahələrində və ətraf ərazilərdə monitorinqlər keçirilib. Araşdırmaların nəticəsində müəyyən edilib ki, əksər daş karxanalarının fəaliyyəti hüquqi və normativ tələblərə cavab vermir, istismar sahələrində ekoloji norma və qaydalara riayət edilmir. Ətraf mühitə, təbiətə ziyan vurulur, böyük həcmdə toz kütləsinin ətrafa yayılmasına şərait yaradılır. Bu da ətraf ərazilərdə yaşayan sakinlərin, bütövlükdə paytaxt əhalisinin sağlamlığına, ekoloji mühitə olduqca mənfi təsir göstərir. Bütün bunlara səbəb daş karxanalarının elementar normalara əməl etməməsi, istifadə olunan avadanlıqların müasir tələblərə cavab verməməsidir. Karxanaların demək olar ki, hamısında 1960-70-ci illərdən qalmış avadanlıq və texnologiyadan istifadə olunur.

Nazirlik tərəfindən bütün bu pozuntular karxana istismarçılarının diqqətinə çatdırılıb, görüşlərdə karxanalardakı təbiətə və insanlara zərər verən mövcud vəziyyət izah olunub. Karxana istismarçılarına yeni və müasir tələblərə cavab verən texnologiyalarla işləmələri tövsiyə edilib. Lakin xeyli müddət ötməsinə baxmayaraq, istismarçılardan heç biri bu istiqamətdə addım atmayıb. Qoyulan tələblərə cavab verməyən, müasir texnologiyalardan istifadə etməyən karxanalar barəsində yaxın vaxtlarda qanunauyğun tədbirlər görüləcək, fəaliyyətlərinin dayandırılması üçün müvafiq orqanlar qarşısında vəsatət qaldırılacaq.


Oxunub: 405






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim