reklam
USD
17 ℃
EUR
BAKI

Vəziyyət çox həssasdır, qızdırma ilə məktəbə gələn şagirdləri dərsə buraxmayın

Cəmiyyət / 26.10.2018 15:39

Səhiyyə Nazirliyi: Məktəbdə çalışan tibb bacılarının işidir ki, hər gün infeksiya ilə məktəbə gələn uşaqları sağlam uşaqlardan təcrid etsinlər

Bir müddət əvvəl Səhiyyə naziri Oqtay Şirəliyev "2018-2019-cu ilin payız-qış mövsümündə respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" əmr imzalayıb. Əmrdə əhali arasında qrip və kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədilə ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi müşahidələrin aparılması tapşırılıb.

Qripə yoluxması ehtimal olunan xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması qeyd olunub. Zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiq edilməsi, tibb personalının fərdi qoruyucu vasitələrdən istifadə edilməsi tövsiyə edilib.

Əmrdən sonra artıq bir sıra məktəblərdə nəzarət gücləndirilib. Belə ki, məktəbə gələn uşaq özünü yaxşı hiss etmirsə, asqırırsa, öskürürsə, valideynə zəng edilir və uşaq sinifdən kənarlaşdırılır.

Mütəxəssislərin fikrincə, şagird tibb bacısına qızdırma və s. ilə bağlı müraciət edirsə, tibb bacısı ona qızdırmasalıcı dərman verərək yenidən sinfə göndərməməlidir. Belə şagird artıq sinifdən uzaqlaşdırılmalıdır.

Məsələyə aydınlıq gətirən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə ƏhmədovaSputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəblərdə həyata keçirilən tədbirlər hər zaman görülən işlərdir. Yəni yenilik yoxdur: "Məktəbdə çalışan tibb bacılarının işidir ki, hər gün infeksiya ilə məktəbə gələn uşaqları sağlam uşaqlardan təcrid etsinlər. Hər hansı bir ekstremal vəziyyətdə kömək eləsinlər".

S.Əhmədova qeyd edib ki, ərazi poliklinikaları bütün məktəblərə tibbi bacısı göndərir. Həkimlər isə bir neçə məktəbə təhkim edilir və onlar ara-sıra vəziyyəti müşahidə edir, uşaqları müayinədən keçirirlər.

Tibb elmləri doktoru, həkim Adil Qeybulla isəSputnik Azərbaycan-a deyib ki, bununla bağlı xüsusi əsasnamə var: "Qrip də daxil olmaqla, hava damcı yolu ilə yayılan bütün infeksiyalar bura daxildir. Bu infeksiyaların yayılması çox vaxt lazımı tədbirlərin görülməməsi ilə bağlıdır".

"Xəstə uşaqların dərsə buraxılması, kollektivdə xəstə birinin olması, ictimai nəqliyyatda gigiyena qaydalarına riayət etməmək, lazım olduqda insanların yataq rejiminə keçməməsi respirator xəstəliklərin yayılmasına səbəb olur. Və sözügedən əsasnamədə bu təhlükəli prosesin qarşısının alınması üçün görülməli olan tədbirlər əksini tapıb"— həkim bildirib.

"Əvvəllər xəstə olan uşaqlar və ya şəxslər haqqında sahə həkiminə məlumat verilir, qeydiyyat aparılırdı. Lazım gəldikdə, arayış verilirdi. İndi də bu, tədricən reallaşmalıdır. Əslində bu, infeksiyanın yerində lokallaşdırılmasına xidmət edir. Məktəblərin tibb məntəqələrində bu nəzarət həyata keçirilməlidir" – deyə A.Qeybulla vurğulayıb.

Qeyd edək ki, son günlər "WhatsApp" qruplarında valideynlər uşaqlar arasında kəskin qrip infeksiyasının yayıldığını iddia edirlər. Onlar xəstəliyin ağır olduğunu, ürəkbulanma, qusma, ishal, qızdırma və s. əlamətlərlə müşahidə olunduğunu deyirlər.Sputnik Azərbaycan-ın əməkdaşı yayılmış xəbərlərlə bağlı Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, tibb elmləri doktoru Nəsib Quliyevə müraciət edib. O bildirib ki, hazırda qrip virusları tərəfindən törədilmiş və geniş yayılmış xəstəlik qeydə alınmayıb.

"Bu, sadəcə şayiədir. Hazırda payız fəslidir, üstəlik uşaqlar kollektiv arasında çox olurlar və bununla əlaqədar onlarda az-az mövsümi xəstəliklərə rast gəlinir. Yuxarı tənəffüs yollarında kəskin respirator virus infeksiyaları müşahidə olunur. Amma ölkədə uşaqlar arasında nə epidemiya, nə də kəskin bir virusun törətdiyi problem, xəstəlik var"— direktor bildirib.

N.Quliyevin sözlərinə görə, səhiyyə naziri Oqtay Şirəliyev "2018-2019-cu ilin payız-qış mövsümündə respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" əmr imzalayıb: "Əmrdə soyuqdəymə xəstəliklərinin qarşısını almaq üçün tapşırıqlar öz əksini tapıb".

"Valideynlər hər zaman şayiə buraxırlar. Biz də istəyirik ki, jurnalistlər obyektiv mövqe tutsunlar, reallığı yazsınlar. Bilirsiniz ki, bizim xəstəxanada xəstə uşaqlar üçün çarpayılar var. Xəstələnmə çox olsa, xəstəxanamız dolu olar. Biz bunu müşahidə etmirik"— mütəxəssis qeyd edib.

O diqqətə çatdırıb ki, Azərbaycanda bu gün sübut olunmuş qrip virusunun törətdiyi infeksiya mövcud deyil: "Qrup və ya epidemiya şəklində yayılmış heç bir xəstəlik yoxdur. Valideynlər yaxşı olardı ki, uşaqlarının qışda az xəstələnməsi üçün yaydan hazırlıq görsünlər. Uşaqların qidalanmasına və geyiminə xüsusi diqqət yetirsinlər".

Xatırladaq ki, bir neçə gündür uşaqlar arasında kəskin qrip infeksiyasının yayıldığı barədə məlumatlar dolaşır. Məlumatlara görə, infeksiya özünü hərarətin qalxması, ürəkbulanma, qusma, ishal, qəbzlik və s. əlamətlərlə göstərir.

Valideynlər iddia edirlər ki, xəstəlik tez bir zamanda yoluxur. Bu səbəbdən də, uşağı xəstə olan valideynlərə məsləhət görülür ki, uşaqlarını məktəbə və bağçaya buraxmasınlar.



Oxunub: 352






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim