Nura Suridən ŞOK AÇIQLAMA: “Ərə getməkdən xoşum gəlir”
MARAQLI / 27.10.2018 18:22
"Ərə getməkdən xoşum gəlir”.
Bu sözləri müğənni Nura Suri "Sevgi romanı” adlı mahnıya çəkilən klipinin təqdimat mərasimdə deyib. Sözləri Zülfi Bədəlova, aranjimanı Fərid Ağaya aid olan mahnıya klip çəkdirən müğənni mətbuat konfransı keçirib. Nura Suri mətbuat konfransında jurnalistlərin suallarına cavab verib. İfaçı bildirib ki, klipin rejissoru Natiq Muxtarovdur. Geyimləri üzərində isə tanınmış stilist Elnur Həsənov çalışıb. Nura Suri onu da əlavə edib ki, yumoristik janrda çəkilən ekran işində tərəf müqabili rejissor Natiq Muxtarov özü olub:
"Klipdə gördüyünüz əllər, üzü görünməyən tərəf müqabilim və məni balışla döyən şəxs məhz rejissor Natiq Muxtarov idi".
Daha sonra müğənni əlavə edib ki, Z.Bədəlovla qarşıda bir neçə layihəsi var:
"Zülfi ilə işbirliyimiz uğurlu alındı, ondan istədiyimi ala bildim. İkinci və üçüncü mahnımın sözlərini də o, yazıb. İkinci mahnını yeni kliplə birlikdə dekabr ayında təqdim edəcəyik”.
Tədbirin səbəbkarı etiraf edib ki, məhərrəmlik ayında başqa işlər olmadığndan yaradıcı işlərə daha çox vaxt ayıra bilib. O, hazırda klip bazarında olan durğunluqdan və efirlərdəki bayağılıqdan da söz açıb:
"Dayanmadan iş görürük, qarşıda daha bir neçə layihəmiz var. Bir müddət ad almış, hörmətli və sevilən bir çox müğənnilər efirə çıxmadı. Bu səbəbdən də səhnə boş qaldı və nəticədə bayağı musiqi dəbə düşdü. İkinci məsələ bizdə klip kanallarının olmamasıdır. Hər dəfə demişəm ki, klip olmadığından pul xərcləyib klip çəkdirmək müğənnilərə sərf etmir. Çünki telekanallarda kliplərə sadəcə 1 saat vaxt ayrılır. Ekran işi gün ərzində ən azı 5-10 dəfə yayımlanmalıdır ki, mahnı tanınsın və sevilsin".
Nura Surinin sözlərinə görə, son illərdə Azərbaycan şou-biznesində olan durğunluğu Xalq artisti Aygün Kazımova və əməkdar artist Röya Ayxan pozub:
"Bunu dana bilmərəm. Onlar hər ikisi bir-birinin ardınca yeni layihələr təqdim etdilər. Bundan sonra xanım müğənnilər çox aktivləşdi. Mən bunu bəyənirəm və bu mənə stimul verir. Əslində bu, sağlam rəqabətdir. Söhbət xanım ifaçılardan gedir. Faiq Ağayev və digər kişi müğənniləri nəzərdə tutmuram. O, hər zaman yeni işlər görür”.
Müğənni klip çəkilişləri zamanı başına gələn hadisələrdən də söz açıb:
"Bu cavan oğlan (red.klipin rejissoru Natiq Muxtarov) təkcə klipdə deyil, həyatda da birdən-birə mənimlə zarafat etmək qərarına gəldi. O, əlini roldan çəkib maşında qaza basdı. Bu kadrda həqiqətən də möhkəm qorxmuşdum”.
Klipdə sevgilisi tərəfindən zarafatla başına min bir oyun açılan müğənni ssenari haqqında fikirləri bölüşüb:
"Burada münasibətlər arasında aqressiyanı yox, yumoru göstərməyə çalışmışıq. Düşünürəm ki, yumor hissi olmayan münasibətlər alınmır. Zatən iki sevgili mütləq şəkildə bir-biri ilə zarafat edir və bu, təbiidir. Əsas odur ki, sevginin sonu evliliklə bitdi. Klipin sonunda evlənmişəm. Ərə getdim. Ümumiyyətlə ərə getməkdən xoşum gəlir. Bizdə belədir, sevdinsə gərək ərə gedəsən. Mən də ərə getmək üçün ölürəm də…" /publika.az
Oxunub: 356
08.06.2026
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:30 Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb
10:28 Klassik və sürət avtomobillərinin festivalı başa çatıb
10:22 Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj
10:19 Balakəndə müasir meyvə bağları və ting ixracı genişləndirilir - VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
10:11 Yaponiyada "Panç"ın volyerinə daxil olan amerikalılar cəzalandırıldılar - VİDEO
10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
10:05 Azərbaycan dilini öyrənmiş astanalı qız: Musiqi mənim müəllimim olub
10:02 FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
09:40 I və IV qruplar üzrə qəbul imtahanlarının CAVABLARI AÇIQLANDI
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
09:56 Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
10:47 Taekvondoçu Qaşim Maqomedov Romada bürünc medal qazanıb
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim