reklam
USD
5 ℃
EUR
BAKI

Şəkidə əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına maliyyə vəsaiti ayrılıb

XƏBƏR / 29.10.2018 16:15
Azərbaycan Prezidenti İlham Əliyev Şəki şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.

Ölkəmizin qədim şəhərlərindən və mədəniyyət mərkəzlərindən biri hesab edilən Şəki şəhəri Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində bu gün də sürətlə inkişaf edir. Son illərdə Şəkidə sosialyönümlü bir sıra layihələr həyata keçirilmiş, o cümlədən "ASAN Həyat” Kompleksi, Rayon Mərkəzi Xəstəxanası, Bayraq Muzeyi, "ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi, Şəki Məhkəmələr Kompleksi, Əlillərin Bərpa Mərkəzi, məktəbəqədər və məktəbyaşlı uşaqlar üçün qarışıq tipli Uşaq Evi, əlil və şəhid ailələri üçün ümumilikdə 114 mənzilli 4 yaşayış binası inşa edilmiş, Olimpiya İdman Kompleksi, Şəki Dövlət Dram Teatrının binası yenidən qurulmuş, "Aşağı Karvansaray” Kompleksi, "Şəkixanovların evi”, M.F.Axundzadənin ev-muzeyi bərpa olunmuş, ən müasir tələblərə cavab verən yeni turizm obyektləri, 29 yeni ümumtəhsil məktəbi istifadəyə verilmişdir. Bundan başqa, rayonun yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, ümumi gücü 87,6 MVt olan modul tipli elektrik stansiyası tikilmiş, iri emal və istehsal müəssisələri yaradılmış, 21 mindən çox yeni iş yeri açılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Sərəncamda qeyd olunur ki, Şəki şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Şəki Şəhər İcra Hakimiyyətinə Azərbaycanın 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 3 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.


Oxunub: 376






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim