reklam
USD
5 ℃
EUR
BAKI

Noyabrın ilk günü yağış yağacaq - PROQNOZ

Cəmiyyət / 31.10.2018 14:06
Sabahın hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən  Carci.tv verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 1-də hava şəraitinin buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 15-17, Bakıda gecə 12-14, gündüz 15-17 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunundan 780 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 faiz olacaq.

Azərbaycanın rayonlarında noyabrın 1-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 1-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, havada rütubətin normadan bir qədər yüksək olacağı gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

ETSN xəbərdarlıq edir ki, ölkə ərazisində oktyabrın 31-i axşamdan 2-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimal olunur. Çaylarda sululuğun artacağı ehtimalı var.


Oxunub: 324






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim