Avtobusa çanaq antenası ilə daxil oldu, sürücü ilə mübahisə yarandı - Kim haqlıdır? - VİDEO
CANLI TV / 02.11.2018 10:04
Bakıda bir sərnişinin avtobusa çanaq antenası ilə daxil olması mübahisələrə səbəb olub.
Carci.tv-ın məlumatına görə, sürücü sərnişinin özü ilə avtobusa gətirdiyi yükün normalara uyğun olmadığını əsas gətirərək ondan avtobusdan düşməsini tələb edib.
Sərnişin isə artıq gedişhaqqını ödədiyini deyib və avtobusdan düşməyib. Sürücünün sərnişin düşənə qədər hərəkət etməyəcəyini bildirməsi isə avtobusdakı digər sərnişinlərin narazılığına səbəb olub.
Bu mübahisə "İctimai nəqliyyatda hansı yükləri daşımaq olar" sualını gündəmə gətirib.
"Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan respublikası Nazirlər Kabinetinin qərarına əsasən, müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə eni 60, uzunluğu 40 və hündürlüyü 20 sm-dək olan və çəkisi 20 kq-dan çox olmayan bir ədəd əl yükünü və uşaq arabasını daşıma haqqı ödənilmədən aparmaq hüququna malikdir. Qaydalara uyğun olmayan yüklərin daşınmasına görə isə sərnişin cərimə oluna bilər.
Videodakı çanaq antenasına gəldikdə isə, ekspert Azər Allahverənov deyib ki, bu formada yüklərin daşınması qanunvericiliyə ziddir.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən isə bildirdilər ki, sərnişinlərə narahatlıq yaradan, mümkün sərt manevr zamanı şəxsin özünün və digər sərnişinlərin xəsarət almasına səbəb olacaq əşyaların daşınması qadağandır. Sürücü bu cür əşyalarla avtobusa daxil olan şərnişinə etirazını bildirməli və ondan avtobusu tərk etməsini tələb etməlidir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Oxunub: 278
08.06.2026
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:30 Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb
10:28 Klassik və sürət avtomobillərinin festivalı başa çatıb
10:22 Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj
10:19 Balakəndə müasir meyvə bağları və ting ixracı genişləndirilir - VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
10:11 Yaponiyada "Panç"ın volyerinə daxil olan amerikalılar cəzalandırıldılar - VİDEO
10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
10:05 Azərbaycan dilini öyrənmiş astanalı qız: Musiqi mənim müəllimim olub
10:02 FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
09:40 I və IV qruplar üzrə qəbul imtahanlarının CAVABLARI AÇIQLANDI
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
09:56 Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
10:47 Taekvondoçu Qaşim Maqomedov Romada bürünc medal qazanıb
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim