reklam
USD
4 ℃
EUR
BAKI

Novruz Məmmədov Astanada danışıqlar aparır

XƏBƏR / 02.11.2018 12:15
Baş nazir Novruz Məmmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının növbəti iclasında iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astanaya gəlib. Səfər çərçivəsində Baş nazir Novruz Məmmədovun qazaxıstanlı həmkarı Bakıtjan Saqintayevlə görüşü olub.
Görüş zamanı ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişafı, aktual regional və beynəlxalq məsələlər müzakirə edilib.Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev bildirib ki, MDB Hökumət Başçıları Şurası regional və beynəlxalq məsələlərin müzakirəsi üçün əlverişli əməkdaşlıq platforması olmaqla yanaşı, müasir dövrün çağırışlarına uyğun birgə tədbirlərin həyata keçirilməsinə də öz töhfəsini verir.

Baş nazir Novruz Məmmədov Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb və bunun üçün geniş imkanların olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, ölkələrimizi tarixi dostluq, qardaşlıq telləri bağlayır. Xalqlarımız eyni köklərə, mədəniyyət və mənəviyyata malikdir. Azərbaycan ilə Qazaxıstanın strateji tərəfdaşlar olduğunu bildirən Baş nazir Novruz Məmmədov deyib: "Bizim ölkələrin liderləri - ulu öndər Heydər Əliyev və Nursultan Nazarbayev hələ Sovet dövründə iki dost, qardaş xalqın rəhbərləri kimi sıx əməkdaşlıq şəraitində çalışıblar. Bu ənənələr müstəqillik illərində daha da inkişaf etdirilib. Azərbaycan Prezidenti İlham Əliyevdə Qazaxıstanla ikitərəfli faydalı əməkdaşlığı xarici siyasətimizin prioritetləri sırasında hər zaman vurğulayıb”.



Görüşdə bildirilib ki, Azərbaycan vəQazaxıstan ÇindənAvropaya qədər uzanan beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşir. Hər iki ölkə bu tranzit xəttinin imkanlarından maksimum dərəcədə faydalanmaqda maraqlıdır. Baş nazirlər bu baxımdanBakı-Tbilisi-Qars dəmir yolu xəttinin, YeniBakıBeynəlxalq Dəniz Limanının,Qazaxıstanın qərb və şərq sərhədlərini birləşdirən dəmir yolu xətlərinin və Kurık dəniz limanının əhəmiyyətini qeyd ediblər. (AzərTAc)


Oxunub: 410






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim