reklam
USD
4 ℃
EUR
BAKI

Komitə sədri: “Azərbaycanda ailə dəyərləri itməyib”

XƏBƏR / 03.11.2018 11:02
"Azərbaycanda adət-ənənələrin qorunub saxlanılmaması barədə fikir söyləmək düzgün deyil"

Bunu  Carci.tv açıqlamasında Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədriHicran Hüseynovadeyib. O bildirib ki, Azərbaycanda ailə dəyərləri itməyib.

"Ölkəmizdə güclü ailə siyasəti təşkil olunub. Ailə dəyərləri ilə bağlı tək faktları ümumi məsələyə çevirmək olmaz. Belə problemlər yarananda nə etməli olduğumuzla bağlı mexanizmlərimiz var. Məişət zorakılığı hallarının qarşısını almaq üçün Azərbaycanın bütün bölgələrində monitorinq qrupları yaratmışıq. Onlar güclü inkişaf edir, bir tərəfdən profilaktik işlər aparılır, digər tərəfdən belə hadisələr olanda həmin insanlara operativ yardımlar göstərilir. Hadisə hər bir ölkədə ola bilər. Lakin söhbət ondan gedir ki, nə dərəcədə dövlət buna hazırdır və nə dərəcədə dövlətdə hüquqi baza var".

Komitə sədri baş verən ailə hadisələrinin çoxalmasını hazırkı dövrdə onların açıq danışılması ilə əlaqələndirib: "Əvvəl hansısa ailədə hadisə olanda qadın və kişi öz problemlərini kimləsə bölüşmürdü. Bir çox hallarda qapalı vəziyyətdə yaşayırdılar. Bu gün hadisələrin artmasını hiss ediriksə, bu, həmin məsələlərin açıqlığı, onların haqqında açıq danışılması ilə əlaqədardır. Baş verən ailə hadisələrini müzakirə edirik və onların həlli yollarını axtarırıq. Lakin elə ailələr də var ki, onlar nümunəvi ailələrdir və həmin ailələrdə belə hadisələr heç zaman olmayıb. Zaman dəyişir. Texnologiya inkişaf edir. Uşaqların zərərli vərdişlərdən qorunması ilə bağlı qanun layihəsiMilli Məclisdə təsdiq olunub. Bunlar hamısı gələcək nəslimizi qorumaq üçün edilir. Müharibə vaxtında boşluqlar əmələ gəlmişdi, cəmiyyətdə çoxlu problemlər yaranmışdı. Lakin dövlət hazırda bunların qarşısını alır. Bu sahədə çox böyük işlər aparılır".


Oxunub: 393






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim