reklam
USD
3 ℃
EUR
BAKI

Azərbaycan növbəti dəfə Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib

İqtisadiyyat / 05.11.2018 16:17
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Şurasına 119 səslə üzv seçilib.

Nəqliyyat, rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan  carci.tv bildirilib ki, Azərbaycan BTİ-nin Şurasında təmsil olunan 48 ölkədən biri oldu. Qeyd edək ki, Şərqi Avropa və MDB regionundan yalnız Azərbaycan və Rusiya Şuraya üzv seçilib. Respublikamız, eyni zamanda Regional Rabitə Birliyinin tarixində BTİ Şurasına üzv seçilən iki ölkədən biridir.

Məlumat üçün bildirək ki, Beynəlxalq Telekommunikasiya İttifaqının üzvü olan dövlətlərin sayı 193-dür.

Noyabrın 5-də keçirilən seçkilərdə ikinci dəfə Şuraya üzv seçilən Azərbaycan C regionundan (Şərqi Avropa və Şimali Asiya) namizədliyini irəli sürmüşdü.

Ölkəmiz bu qrupda Rusiya, Polşa, Bolqarıstan, Çexiya, Rumıniya və Qırğızıstan ilə rəqabət aparıb. Vakant 5 yerə Azərbaycanla yanaşı, dörd ölkə, o cümlədən Polşa, Rusiya, Rumıniya və Çexiya da Şuraya üzv seçilib.

BTİ-nin Radio Tənzimləmə Komitəsinə C regionundan Azərbaycanın namizədi Sahibə Həsənova 115 səslə seçilib. O, C regionu üzrə 4 namizəddən biri idi. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı olan S.Həsənova radiorabitə sahəsində ixtisaslı mühəndisdir.

Aparılan ikitərəfli və çoxtərəfli danışıqlar, geniş təbliğat nəticəsində ölkəmizin Şuraya üzvlüyü seçki yolu ilə təmin olunub.

1992-ci ildən fəal üzv kimi, BTİ-nin bütün təşəbbüslərində yaxından iştirak edən Azərbaycan ilk dəfə 2014-cü ildə Şuraya üzv seçilib.

Ölkəmizin Şuraya namizədliyinin dəstəklənməsi və aidiyyəti işlərin aparılması üçün 29 oktyabrdan öz işinə başlayan Səlahiyyətli Konfransda nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

Eyni zamanda, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə də konfransın əsas plenar iclasında çıxış edib və bir sıra ölkələrin sahə üzrə nazirləri ilə görüşüb.

Seçkilərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi xüsusi dəstək göstərib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə ixtisaslaşmış agentliyi olan BTİ hər 4 ildən bir keçirilən Səlahiyyətli Konfrans və İnzibati Şura tərəfindən idarə olunur.

Şura Birliyin ali orqanıdır.

Səlahiyyətli Konfrans isə BTİ-nin fəaliyyət istiqamətlərini müəyyən edən qərarverici orqan hesab olunur.

Bu il Səlahiyyətli Konfrans Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilir və öz işini noyabrın 16-dək davam etdirəcək.


Oxunub: 320






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim