reklam
USD
3 ℃
EUR
BAKI

Nazir müavini: “Vergidən yayınanlara qarşı tədbirlər sərtləşdiriləcək”

İqtisadiyyat / 06.11.2018 19:12

Vergilər nazirinin müavini Sahib Ələkbərov deyir ki, vergi sahəsində planlaşdırılmış dəyişikliklər sərt addımlarla yanaşı bir sıra müsbət məqamları da əks etdirir

Sahib Ələkbərov: "Vergi Məcəlləsinə edilən dəyişikliklərdə güzəştlər nəzərdə tutulur”

Vergi Məcəlləsinə edilən və 2019-cu ildə qüvvəyə minəcək dəyişikliklər hər bir vergi ödəyicisinin işində şəffaflığın təmin olunmasına, eləcə də biznes mühitin inkişafı üçün optimal şərtlərin yaradılmasına yönəlib.

Carci.tv xəbər verir ki, bunuTrend-ə Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Nazir müavini qeyd edib ki, vergi ödəyiciləri arasında vergidən tam yayınan şəxslər çoxdur: "Sahibkarların əksəriyyəti öz gəlirlərini, kapital dövriyyəsini gizlətməyə çalışır. Bu, ilk növbədə ticarət və xidmət obyektlərini idarə edən şəxslərə aiddir. Dövriyyəni tam gizlədib vergi ödəməyən şəxslər də var, vergiləri qismən ödəyənlər də. Ona görə də bu problemi həll etmək üçün biz vergi siyasətini təkrar nəzərdən keçiririk və vergidən yayınan vergi ödəyiciləri ilə münasibətdə tədbirləri sərtləşdirmək niyyətindəyik. Vergi sahəsində planlaşdırılmış dəyişikliklər sərt addımlarla yanaşı bir sıra müsbət məqamları da əks etdirir. İlk növbədə biz biznes obyektlərində yoxlamaların sayının azaldılmasını təklif edirik. Bundan başqa, Bakıda bizneslə məşğul olan sahibkarların vergi ödəmə şərtlərində dəyişikliklər təklif olunub. Qaydalara əsasən, Bakıda sadələşdirilmiş vergi üzrə ödəmələr 4 faiz, regionlarda 2 faiz təşkil edir. Bu göstəricilərin bərabərləşdirilməsi, həm Bakıda, həm də regionlarda sahibkarların 2 faiz vergi ödəməsi barədə təklifləri var. Dəyişikliklər ölkədə biznes mühitin yaxşılaşması və biznesin təkmilləşməsinə yönəlmiş digər güzəştləri də nəzərdə tutur. Hesab edirik ki, bu tədbirlərin reallaşdırılması həm dövlət, həm də vergi ödəyiciləri üçün müsbət nəticələr verəcək”.

Qeyd edək ki, Vergilər Nazirliyi vergitutma rejiminin təkmilləşdirilməsi və digər tədbirlər vasitəsilə vergitutma bazasının genişlənəcəyini proqnozlaşdırır. Bu barədə vergilər naziri Mikayıl Cabbarov bildirib.



Oxunub: 340






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim