Prezident İlham Əliyev Sumqayıtda bir sıra müəssisələrin açılışında iştirak edib - VİDEO
XƏBƏR / 16.11.2018 19:04

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt şəhərinə səfər edib.
Carcitv.az-ın məlumatına görə, Sumqayıta səfərinə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etməklə başlayan Prezident İlham Əliyev, sonra Kimya Sənaye Parkında inşaat kimyəviləri zavodunun açılışında iştirak edib.
2016-cı ilin martında rezident kimi qeydiyyata alınan zavod İsveçrə və Türkiyə texnologiyaları əsasında yaradılıb. İlkin mərhələdə müəssisənin illik istehsal həcmi 40 min ton tikinti qatqılarıdır. Zavodun məhsullarının Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan və İrana ixracı nəzərdə tutulur. İnvestisiya dəyəri 3,5 milyon dollar olan layihə çərçivəsində 60 nəfər daimi işlə təmin olunacaq.
Dövlət başçısı həmçinin Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan "Baku Non Ferrous and Foundry Company" MMC-nin əlvan metallar və ferroərintilər zavodunun açılışında da iştirak edib. Bu zavodda maşınqayırmada, kənd təsərrüfatında, dağ-mədən sənayesində istifadə olunan məhsullar istehsal ediləcək.Zavodda ildə 50 min ton ferrosilisium və 72 min ton ferrosilikomanqan istehsal olunacaq. Məhsullar daxili bazarın tələbatını tam ödəməklə yanaşı, xaricə də ixrac ediləcək. İnvestisiya dəyəri 51 milyon dollar olan zavodda 230 nəfər işlə təmin olunacaq.
Prezident İlham Əliyev "Tabaterra" Qapalı Səhmdar Cəmiyyətinin tütün məmulatları istehsalı fabrikinin açılışına da qatılıb. Dövlət başçısına məlumat verilib ki, zavodda 3 formatda olmaqla beynəlxalq standartlara uyğun siqaret istehsal olunacaq və "Made in Azerbaijan" brendi altında istehlakçılara təqdim ediləcək. Böyük Britaniya, Almaniya və İtaliya texnologiyaları əsasında qurulan fabrikdə il ərzində 3 növdə 11 milyard ədəd filtrli siqaretlər istehsal ediləcək. Bu isə ölkənin tütün məmulatlarına olan tələbatının 80 faizini ödəyəcək. Ümumilikdə, fabrikdə 13 brendin 80 çeşiddə məhsulunun istehsalı nəzərdə tutulur. Ümumi dəyəri 48 milyon dollar olan layihə çərçivəsində 200 yeni iş yeri yaradılıb.
Sonra Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkındakı müəssisələrin kollektivlərinin nümayəndələri ilə görüşüb. Prezident qeyd edib ki, dövlət-özəl sektor tərəfdaşlığı Azərbaycanda ən yüksək səviyyədə təşkil edilir. Gələn il əlavə 4 müəssisə fəaliyyətə başlayacaq və beləliklə, bu parkda ən müasir standartlara cavab verən 18 müəssisə fəaliyyət göstərəcək. Bu müəssisələr tam gücü ilə işləyəndən sonra 6 min iş yeri ilə təmin ediləcək. Dövlət başçısı qeyd edib ki, bu ilin 10 ayında ölkəmizin qeyri-neft sənayesi 10, kənd təsərrüfatı 5 faiz artıb. Prezident əlavə edib ki, qeyri-neft sektorunun inkişafı, qeyri-neft ixracının artırılması əsas məqsəddir. Bu müəssisələrin yaradılması yerli və xarici investorlar üçün növbəti bir siqnaldır ki, gəlsinlər Azərbaycana sərmayə qoysunlar.
Sumqayıta səfəri çərçivəsində Prezident Dəmir Yolu Vağzalı Kompleksinin açılışında da iştirak edib. Üçmərtəbəli vağzalın sahəsi 5,5 min kvadratmetrdir. Binada gözləmə zalı, bilet kassaları, məlumat bürosu, server otağı, əşyaların saxlanması kamerası yaradılıb və yaxın günlərdə burada ticarət mərkəzinin istifadəyə verilməsi planlaşdırılır. Bundan əlavə, stansiyada 7 yol yenidən qurulub və çəkilmiş dəmir yollarının ümumi uzunluğu 5 min 20 poqonmetrdir. Kompleksdə 12 yol dəyişən quraşdırılıb, uzunluğu 43 metr olan yeraltı piyada keçidi və platformaya yeraltı çıxış keçidi inşa edilib. Sonra Prezident İlham Əliyev Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarı ilə Bakıya gəlib.Bakı Dəmir Yolu Vağzalına gələn Prezident İlham Əliyev burada 2016-cı ildən alınmış yeni sərnişin qatarları, lokomotivlər və müxtəlif dəmir yolu texnikalarına baxıb. "EVOLUTİON" seriyalı teplovoz Qazaxıstan istehsalıdır və saatda 120 kilometr sürətlə hərəkət edir. Sabit cərəyanla işləyən lokomotiv isə Gürcüstanda istehsal olunub və sürəti saatda 100 kilometrdir. Dövlət başçısına "Alstom Transport" ikisistemli sərnişin lokomotivi də təqdim olunub. Bu lokomotiv sabit, həmçinin dəyişən cərəyanla işləyir və saatda 160 kilometr sürətlə hərəkət edir. Sonda xatirə şəkli çəkdirilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
2025-05-04
23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

2025-04-29
16:44 ŞƏRQİN LİDERİ

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

09:20 Göyərçin sülh rəmzi kimi

2025-04-28
00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

2025-04-23
23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində


TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Əlaqə
Haqqımızda
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
