reklam
USD
0 ℃
EUR
BAKI

Azərbaycan hökuməti qadınlarla bağlı yeni hesabat hazırlayır

Cəmiyyət / 20.11.2018 10:30
Azərbaycan hökuməti BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinə (CEDAW Committee) təqdim ediləcək 6-cı dövri hesabatı hazırlayır.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva 6-cı dövri hesabatın hazırlanması məqsədilə aidiyyəti hökumət qurumlarının gender məsələləri üzrə məsul nümayəndələrinə 2 günlük bacarıqların artırılması məqsədilə keçirilən təlimdə məlumat verib.

A.Sofiyeva qeyd edib ki, Azərbaycan hökuməti 6-ci dövri hesabatı 2019-cu ilin mart ayında təqdim edəcək.

Komitə rəsmisi Azərbaycan hökumətinin qadın hüquqlarının müdafiəsinə və bərabər imkanların yaradılmasına böyük önəm verdiyini qeyd edib.

BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin gender üzrə proqram müşaviri Bəhicə Əliyeva "Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Konvensiyanın” prinsiplərinə qadınların hüquqlarının qorunması naminə riayət edilməsinin vacibliyini qeyd edib.

O vurğulayıb ki, Azərbaycanın 5-ci dövri hesabatı 2015-ci ildə təqdim edilib. Bu hesabatda CEDAW Komitəsi dövlət tərəfindən 2009-cu ildə 4-cü dövri hesabatına verilmiş tövsiyələr nəticəsində qanunvericilik islahatlarının keçirilməsini yüksək qiymətləndirməklə yanaşı, Azərbaycan hökumətinə qadınların hüquqlarının təşviqi məqsədilə bir neçə mühüm addımların atılmasını məsləhət görüb. Bunlara doğulanlar arasında oğlan uşaqlarına verilən üstünlüyün aradan qaldırılması istiqamətində qurumlararası fəaliyyət planı, məişət zorakılığının qarşısının alınmasında Milli Strateqiya və Milli Fəaliyyət Planının qəbulu, eləcə də "Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onunla mübarizə haqqında Avropa Şurasının Konvensiyası"nın ratifikasiyası üçün zaman çərçivəsinin müəyyən edilməsi daxildir.

Bir çox vaxt "Qadınlar Konvensiyası” adlandırılan "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" beynəlxalq Konvensiya 1979-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilib. Azərbaycan 1995-ci ildə həmin Konvensiyanı ratifikasiya edərək sözügedən prosesə qoşulub.

Konvensiyanı ratifikasiya etmiş və ona qoşulmuş ölkələr sənədin müddəalarını yerinə yetirərək gender bərabərliyinə təkcə "de-yuri" deyil, eləcə də faktiki hər bir kişi və qadın tərəfindən hiss ediləcək dərəcədə nail olmaq hüquqi öhdəliyini qəbul edirlər. Bundan əlavə ölkələr Konvensiyanın ratifikasiyasından bir il sonra ilk milli hesabatlarını, daha sonra növbəti hər 4 il ərzində sazişdən irəli gələn öhdəliklər üzrə görülmüş tədbirlər üzrə hesabat verirlər. (Trend)


Oxunub: 329






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim