reklam
USD
17 ℃
EUR
BAKI

Azərbaycan "MegaFon"la bağlı Rusiya qarşısında tələb qoydu

XƏBƏR / 27.11.2018 11:20
Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Rusiya Federasiyasının rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiyalar naziri Konstantin Noskovla görüşüb.

Carcitv-nin məlumatına görə, nazirlər informasiya texnologiyaları, poçt və telekommunikasiya sahəsində Azərbaycan-Rusiya əməkdaşlığını müzakirə ediblər. Ölkələr arasında informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq, informasiya-kommunikasiya sahəsində təhsil, "ağıllı" şəhər konsepsiyasının inkişafı, mobil rabitənin keyfiyyətinə nəzarət, beynəlxalq rouminq tariflərinin aşağı salınması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Rusiya tərəfi radiotezlik spektrindən istifadəyə görə ödəniş proseduru, həmçinin Rusiya Federasiyasında 2014-cü ildən rəqəmli bərabərsizliyin aradan qaldırılması proqramı çərçivəsində universal rabitə xidmətləri istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib. Ramin Quluzadə ölkəmizin sahə üzrə ikitərəfli əməkdaşlığın inkişafında, eləcə də Rusiya şirkətləri ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib.

Nazir Rusiyaya məxsus "MegaFon" operatoru tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətin qarşısının alınması üçün birgə tədbirlərin təşkil olunmasının vacibliyini qeyd edib. Rusiya tərəfi qeyd olunan şirkət tərəfindən işğal olunmuş ərazilərimizdə heç bir fəaliyyət həyata keçirilmədiyini qeyd edib və bununla bağlı nazirliyə rəsmi məlumat göndəriləcəyini bildirib.

Bundan başqa, Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin tam həcmdə, yüksək keyfiyyətli birbaşa kanallarla ötürülməsinin təmin edilməsi də müzakirə mövzusu olub.Eyni zamanda, poçt sahəsində regional əməkdaşlığın təşkil olunması və iki ölkə arasında beynəlxalq poçtdaşımalarının mübadiləsində qarşılıqlı güzəştli çatdırma tariflərinin tətbiqi məsələsinin araşdırılması, "Azərpoçt" MMC və "Rusiya Poçtu" arasında beynəlxalq poçt rabitəsi sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması qərara alınıb.

Görüşün sonunda cari ilin 4-7 dekabr tarixlərindəBakışəhərində keçiriləcək "Bakutel-2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransında Rusiya şirkətlərinin iştirakı barədə danışıqlar aparılıb. Səfər çərçivəsində Rusiyanın nəqliyyat nazirinin müavini Sergey Aristovla təşkil olunmuş görüşdə isə cari ildə Soçi şəhərində imzalanmış "Yol xəritəsi” və "Şimal-Cənub" nəqliyyat dəhlizinin inkişafı, eləcə də, Samur körpüsünün tikintisinin cari vəziyyəti ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb.

Görüşdə iki ölkə arasında dəniz nəqliyyatı sahəsində saziş layihələrinin imzalanmasının vacibliyi xüsusi qeyd olunub. Hər iki görüşdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu iştirak edib.


Oxunub: 352






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim