reklam
USD
17 ℃
EUR
BAKI

Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir

XƏBƏR / 29.11.2018 20:11
Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir

Biz Qarabağ müharibəsi veteranları Ali Baş Komandan İlham Əliyevin əmri ilə hər an yenidən silaha sarılıb torpaqlarımızın azadlığı uğrunda döyüşməyə hazırıq. Xalqımız Dağlıq Qarabağın işğalı ilə heç vaxt barışmayacaq! Azərbaycanın şanlı bayrağı yenidən Şuşada, Xankəndidə dalğalanacaq!
Carci TV xəbər verir ki, bu fikirlər noyabrın 29-da Xaçmazda Qarabağ müharibəsi əlilləri, veteranlar və şəhid ailələri ilə keçirilən görüşdə səsləndirilib.
Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində təşkil olunan tədbirdə 17 nəfər Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təsis etdiyi "Fədai”, "Vətən naminə” və "Vətənpərvərlik işində xidmətlərinə görə” medalları ilə təltif olunub. Medallar Qarabağ müharibəsi veteranlarına və şəhid hərbçilərimizin ailə üzvlərinə təqdim edilib.
Rayon icra hakimiyyəti başçısının müavini Samir Nemətov ordu quruculuğu sahəsində qazanılmış uğurlardan söhbət açıb. Bildirib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri ən müasir hərbi texnikaya, güclü maddi-texniki bazaya və mükəmməl döyüş hazırlığına malik bir ordudur. Bu ordu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.
Diqqətə çatdırılıb ki, Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir. 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsinə başlanılıb.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Xaçmaz rayon bölməsinin sədri Şövlət Dadaşzadə isə dövlətin bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb.
Bildirilib ki, təkcə 2018-ci ildə Xaçmazda bu kateqoriyadan olan 5 nəfər avtomobil, 5 nəfər fərdi ev, 1 nəfər isə mənzillə təmin olunub.
Vurğulanıb ki, Xaçmaz ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə 224 şəhid verib, rayonda 282 Qarabağ müharibəsi əlili və 400 veteran qeydiyyatdadır.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin rəisi Seymur Qurbanov, müharibə veteranları, şəhid ailələrinin üzvləri, ziyalılar çıxış edərək Azərbaycan Ordusunun qüdrətindən, Vətənimizin keşiyində duran oğullarımızın mərdliyindən söz açıblar.


Oxunub: 379






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim