reklam
USD
17 ℃
EUR
BAKI

“G-20” Sammiti sensasiya ilə başladı, qəbul ediləcək qərarlarının necə icra olunacağını isə zaman göstərəcək Argentinanın paytaxtı Buenos-Ayres şəhərində “Böyük İyirmilik” (“G-20”) ölkələri liderlərinin Sammiti b

XƏBƏR / 01.12.2018 02:39
"G-20” Sammiti sensasiya ilə başladı, qəbul ediləcək qərarlarının necə icra olunacağını isə zaman göstərəcək
Argentinanın paytaxtı Buenos-Ayres şəhərində "Böyük İyirmilik” ("G-20”) ölkələri liderlərinin Sammiti başlayıb.

carci TV xəbər verir ki, dünyada güclü iqtisadiyyata malik 20 dövlətin liderlərinin Sammitinin işini müxtəlif ölkələri təmsil edən 3 min mətbuat nümayəndəsi işıqlandıracaq. Sammitin təhlükəsizliyini təmin etmək üçün 20 min polis və xüsusi xidmət orqanının əməkdaşı cəlb edilib. Beynəlxalq mətbuatın "G-20” kimi göstərdiyi bu format ilk dəfə 1990-cı illərin sonunda Asiya ölkələrində baş verən maliyyə böhranından sonra yaradılıb. Həmin dövrdə Qərb dövlətləri Asiyadakı maliyyə böhranının Avropaya güclü təsir etməsinə baxmayaraq, bu böhrana necə reaksiya verəcəklərini bilmirdilər. Ona görə də dünya liderləri "Böyük yeddilik” formatından "G-20” formatına keçdilər. Çünki dünya əhalisinin 3/2-si məhz bu 20 dövlətin ərazisində yaşayır. Dünyada istehlak məhsullarının 85 faizi, dünya ticarət dövriyyəsinin 75 faizi məhz bu dövlətlərin payına düşür. "G-20”nin ilk Sammiti 2008-ci ildə Vaşinqtonda keçirildi.
2008-ci ildən başlayaraq hər il keçirilən "G-20” Sammitində dünyanın 20 güclü dövlət və hökumət başçıları ilə yanaşı, Beynəlxalq Valyuta Fondunun, Ümumdünya Ticarət Təşkilatının, Dünya Bankının, Birləşmiş Millətlər Təşkilatının və Avropa İttifaqının rəhbərləri də iştirak edirlər. Sammitdə dünya iqtisadiyyatının inkişafı perspektivləri, ticarətin genişləndirilməsi və asanlaşdırılması yolları müzakirə edilir və qərarlar qəbul olunur. Ümumi toplantı ilə yanaşı, Sammitdə çoxsaylı ikitərəfli görüşlərdə keçirilir. Sözsüz ki, iqtisadi məsələlərlə yanaşı, siyası problemlər də müzakirə mövzusu olur. Ona görə də bu Samitin yekunları təkcə iştirakçı dövlətlər üçün deyil, bütövlükdə dünya üçün mühüm əhəmiyyət kəsb edir.
Builki Sammit başlamazda əvvəl sensasiyalı xəbərlərlə gündəmə daxil oldu. Bu gün dünyada baş verən gərgin siyasi proseslərin, eləcə də münaqişələrin və az qala müharibə astanasında olan bəzi dövlətlər arasındakı münasibətlərin yumşaldılması üçün bu Sammit çox pozitiv rol oynaya bilərdi. Lakin Sammit başlamazdan əvvəl dünya mətbuatı sensasiya xarakterli xəbərlər yayımlamağa başladı. Məlum oldu ki, ABŞ Prezident Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin bu Sammit çərçivəsində görüşməyəcəklər. Halbuki, bu görüşü dünyanın digər dövlətləri böyük səbirsizliklə gözləyirdilər. Ukraynada, Suriyada, Əfqanistanda, İraqda, Yəməndə davam edən münaqişələrdə sadə insanların qanının axıdılmasının durdurulması bu görüşün nəticələrindən asılı ola bilərdi. Sammiti işıqlandıran jurnalistlərin verdiyi xəbərlərə görə, D.Tranm və V.Putin görüşmədikləri azmış kimi, hətta əl verib salamlaşmayıblar. Bu isə münasibətlərin olduqca gərginləşdiyini deməyə əsas verir.
Sammitdən əvvəl Kerç boğazında Rusiya ilə Ukrayna arasında baş verən insident ABŞ və Rusiya prezidentlərinin görüşünün təxirə salınmasına səbəb olub. Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda jurnalist Camal Kaşıkçının qətlə yetirilməsi və cəsədinin hələ də tapılmaması da sammitdəki vacib görüşlərin və müzakirələrin baş tutmamasında əsas amil kimi göstərilir.
Artıq bir çox görüşlər keçirilib və ikitərəfli razılaşmalar əldə olunub. Lakin dünyanı narahat edən problemlər necə vardısa elə də qalır.
Sammitin gedişində ABŞ-ın CNN televiziyası isə sözün həqiqi mənasında insanları şoka salacaq xəbər yayımladı. Kanal bildirdi ki, ABŞ Sammitin yekun Deklarasiyasını, mətni yalnız öz maraqlarına cavab verən tərzdə tərtib olunacağı təqdirdə imzalayacaq. ABŞ Prezidentinin beynəlxalq siyasət üzrə müşaviri Con Bolton bildirib ki, əgər mətndə dövlətlərin "İqlim üzrə Paris razılaşması”nın şərtlərinin yerinə yetirilməsinin vacibliyi və beynəlxalq ticarətdə "qəbul olunmuş ümumi qaydaların qorunmasının vacibliyi” ifadələri yer alarsa, onda ABŞ sənədi imzalamayacaq.
Belə tədbirlərin yekun sənədi dövlətlər arasında diplomatik kanallarla əvvəlcədən razılaşdırılır. Görünür bu dəfə bəzi dövlətlər ABŞ-ın iddialarını qəbul etməyiblər. C.Boltonun açıqlaması da təsadüfi xarakter daşımır. Samitin gedişində mütəxəssislər bir daha sənəd üzərində işləyəcəklər və ümumu mətnin formalaşmasına çalışacaqlar. Əgər razılıq əldə edilməsə, deməli, bu Sammitin dünya üçün heç bir faydası da olmayacaq.
Hələlik Sammit davam edir. Gülərüzlü liderlər dünya problemlərini həll etməyə çalışırlar. Sammitin necə yekunlaşacağını və qəbul edilən qərarların necə həyata keçiriləcəyini isə zaman göstərəcək.


Oxunub: 378






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim