reklam
USD
5 ℃
EUR
BAKI

AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi qeyd olunacaq

CANLI TV / 02.12.2018 12:41
AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi qeyd olunacaq

Gələn il Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) 90 illik yubileyi keçiriləcək. Bununla bağlı AMEA Rəyasət Heyətinin oktyabrın 24-də keçirilən növbəti iclaslında bu nüfuzlu elmi-tədqiqat ocağının çoxşaxəli fəaliyyətini, Azərbaycan elminə verdiyi töhfələri nəzərə alaraq qərar qəbul edilib. Qərarda institutun 90 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi, yubileylə əlaqədar beynəlxalq konfransın təşkili, eləcə də institutun tarixi və fəaliyyətini əks etdirən kitabın nəşri nəzərdə tutulub.
CARCI TV xəbər verir ki, 1929-cu ildə "Azneft” Birliyi nəzdindəki mərkəzi kimya laboratoriyası bazasında ilk Azərbaycan Neft Tədqiqat İnstitutu kimi yaradılmış bu elmi müəssisə böyük və şanlı inkişaf yolu keçərək 1959-cu ildən AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu kimi fəaliyyət göstərir. İnstitutun alimlərinin elmi işləri Azərbaycanda neft və qazın tədqiqinə, yüksək keyfiyyətli aviasiya və raket yanacaqlarının, yağların alınması məqsədilə onların effektiv emalının elmi əsaslarının işlənilməsinə, neft kimyası və neft emalı prosesləri üçün yeni texnologiyalar və katalizatorların yaradılması və digər fundamental tədqiqatların aparılmasına həsr olunub.
Hazırda NKPİ-də kimya elmləri sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanması istiqamətində mühüm tədbirlər görülür. İnstitutda bugünədək yüzlərlə kitab, monoqrafiya, minlərlə elmi məqalə çap olunub. Bu elmi əsərlərdə yer tapmış yeni ideya və elmi nəticələrə həm respublika, həm də xarici ölkələrin alimləri tərəfindən istinadlar edilir. İnstitutun alimləri respublikanın bir çox ali təhsil ocaqlarında pedaqoji fəaliyyətlə məşğul olur, gənc nəslin intellektual inkişafında fəal iştirak edirlər.


Oxunub: 445






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim