Neft bahalaşa bilər - VİDEO
İqtisadiyyat / 02.12.2018 16:40
Bu ilin iyulundan başlayaraq neftin qiyməti kəskin şəkildə ucuzlaşmağa başlayıb. Səbəb OPEC-in hasilatın artırılması ilə bağlı qərarı idi. Təbii ki, bu tendensiyaya təsir edən müxtəlif siyasi amillər də olub. Amma gedişat onu göstərir ki, neft hasilatının artırılması "qara qızıl"ı ucuzlaşdırıb. İndi OPEC vəziyyəti düzəltmək üçün hasilatın azaldılmasını tövsiyə edib. Amma yekun qərar növbəti həftə baş tutacaq iclasdan sonra bəlli olacaq.
Carcitv.az-ın məlumatına görə, 2019-cu ildə neftin qiymətinin yüksək olacağı ilə bağlı ehtimallar yüksəlir. "Bloomberg" agentliyinin yaydığı xəbərə görə, OPEC Katibliyi üzv ölkələrə gələn il neft hasilatını 2018-ci ilin oktyabrı ilə müqayisədə sutkada 1,3 milyon barel azaltmağı tövsiyə edib. Məlumatda qeyd edilib ki, neft istehsalının azaldılmasına əsas səbəb zəif tələbat və ABŞ-da şist neft hasilatının intensiv artımıdır.
Tövsiyə gələn həftə Vyanada OPEC+ Nazirlər Monitorinq Komitəsinə təqdim ediləcək.
İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, OPEC-in hasilatın azaldılması ilə bağlı verdiyi tövsiyə "qara qızıl"ın qiymətinin bahalaşacağı ilə bağlı ümidləri artırır. Hasilatın hansı səviyyədə olacağı OPEC ölkələrinin dekabrin 6-da, OPEC-ə üzv olmayan ölkələrin isə 7 dekabrda qəbul edəcəyi qərardan asılı olacaq.
Ekspert deyir ki, bazarda təklifin artması OPEC-ə üzv olan və olmayan ölkələr üçün də sərfəli olmadığından hasilatın azaldılacağı gözləniləndir.
Görünən odur ki, indi bütün dünyanın diqqəti OPEC-in növbəti həftə baş tutacaq iclasına yönəlib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Oxunub: 275
25.08.2026
22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
08.08.2026
17:40 Deputat:
17:14 Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim