reklam
USD
8 ℃
EUR
BAKI

Xüsusi prokuror Müller Maykl Flinnin həbs olunmamasını tövsiyə edib

Dünya / 05.12.2018 09:40
2016-cı ildə Rusiyanın ABŞ-da prezident seçkilərinə müdaxilə etməsi ehtimalının təhqiqatı ilə məşğul olan ABŞ xüsusi prokuroru Robert Müller paytaxtın Kolumbiya dairəsinin Vaşinqton məhkəməsinə tövsiyə edib ki, Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri, hazırda istefada olan general-leytenant Maykl Flinn həbs edilməsin.

AZƏRTAC xəbər verir ki, Müllerin məhkəməyə göndərdiyi sənədlərdə keçən il federal müstəntiqlərə yalan ifadə verməsinə görə öz təqsirini etiraf etmiş Flinnin "Rusiya hökuməti və Trampın seçki kampaniyası ilə əlaqədar şəxslər arasında əlaqə və ya koordinasiya axtarışında istintaqla əməkdaşlıq etdiyi” bildirilir.

Həmin sənədlərdə daha sonra göstərilir ki, Flinn keçən il 19 dəfə müstəntiqlərlə görüşüb və onlara hər cür kömək edib. Bu əməkdaşlığa görə Müller Flinn barəsində qətimkan tədbiri kimi həbs cəzası əvəzinə ən minimal cəza təyin olunmasını tövsiyə edib.

Xatırladaq ki, Flinn o vaxt Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyak ilə özünün söhbətləri barədə vitse-prezident Maykl Pensə məlumat vermədiyinə görə istefaya gedib.


Oxunub: 399






SON XƏBƏRLƏR

2026-03-06

16:03 Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın Azərbaycana qarşı dron hücumu ilə bağlı çıxışından təsirlənərək MÜRACİƏT

Product image

03:52 Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Product image

03:17 POEZİYA DƏQİQƏLƏRİ Elnarə BABAYEVA

Product image

03:05 Sürücülər

Product image

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim