Elçin Quliyev və Vüsal Hüseynov lent kəsdi
XƏBƏR / 06.12.2018 15:38

"Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində yeni bölmə açılıb.
Dövlət Miqrasiya Xidməti Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıq şəraitində Azərbaycan Respublikasının quru dövlət sərhədindən buraxılış məntəqələrində də miqrasiya bölmələrinin fəaliyyətinin təşkilini davam etdirir.
Carcitv xəbər verir ki, dekabrın 6-da "Şıxlı" dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Miqrasiya Xidməti və Dövlət Sərhəd Xidməti rəhbərliyinin iştirakı ilə yeni miqrasiya bölməsinin açılış tədbiri keçirilib.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev çıxış edərək respublikamızın quru dövlət sərhədindən buraxılış məntəqələrində də miqrasiya bölmələrinin yaradılmasının əhəmiyyətini qeyd edərək, yeni bölmənin fəaliyyətinə uğurlar arzu ediblər.
Fəaliyyətə başlayan yeni miqrasiya bölməsi miqrasiya qanunvericiliyinin tələblərini pozmuş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə daha rahat giriş-çıxış etmələrinin təmin olunması, onlara operativ və yerində xidmətlərin göstərilməsi, miqrasiya sahəsində göstərilən xidmətlərin regionlara səfər edən və orada yaşayan əcnəbilər, habelə vətəndaşlar üçün daha əlçatan olmasının təmin edilməsi, onların miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlandırılması və məmnunluğunun artırılmasına xidmət edəcək.
Yeni miqrasiya bölməsi ilk vaxtlarda ölkədə olduğu və ya yaşadığı dövrdə miqrasiya sahəsində inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikasından getməsi məhdudlaşdırılan əcnəbilərin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin ölkədən çıxış vaxtı dövlət sərhədindən buraxılış məntəqəsində operativ və yerində həll edilməsi, miqrasiya qanunvericiliyi əleyhinə olan inzibati xəta törətdiyi üçün ölkəyə girişi məhdudlaşdırılan əcnəbilərin inzibati qərar icra edilməklə ölkəyə vaxt itkisi olmadan giriş etmələrinin təmin olunması, ölkə ərazisində olduğu yer üzrə qeydiyyatın aparılması və ölkədə yaşama icazələrinin alınması üçün sənədlərinin icraatda olmasını təsdiqləyən müvafiq arayışların verilməsi xidmətlərinin göstərilməsini təmin edəcək. Gələcəkdə göstərilən xidmətlərin sayının artırılması nəzərdə tutulur.
Yeni miqrasiya bölməsi 24 saatlıq iş rejimində fəaliyyət göstərəcək. Xidmət bölməsi təkcə ölkəmizə "Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsindən giriş-çıxış edən əcnəbilərə deyil, ətraf ərazilərdə yaşayan və səfər edən əcnəbilərə də müvafiq xidmətlərin göstərilməsini təmin edəcək.
Həmçinin, ilin sonunadək "Astara” (Azərbaycan Respublikası-İran İslam Respublikası) dövlət sərhədindən buraxılış məntəqəsində də Dövlət Miqrasiya Xidmətinin yeni xidmət bölməsinin fəaliyyətə başlaması nəzərdə tutulur.
Xatırladaq ki, ötən aydan "Samur” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Miqrasiya Xidmətinin yeni xidmət bölməsi fəaliyyət göstərir.
2025-05-04
23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

2025-04-29
16:44 ŞƏRQİN LİDERİ

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

09:20 Göyərçin sülh rəmzi kimi

2025-04-28
00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

2025-04-23
23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində


TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Əlaqə
Haqqımızda
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
