reklam
USD
3 ℃
EUR
BAKI

Xalça Muzeyində yeni “Əjdahalı” kolleksiyanın təqdimatı olub

XƏBƏR / 08.12.2018 00:38
Xalça Muzeyində yeni "Əjdahalı” kolleksiyanın təqdimatı olub

Dekabrın 7-də Azərbaycan Xalça Muzeyində ölkəmizin ilk milli zərgərlik brendi olan "Resm”in yeni "Əjdahalı” kolleksiyasının təqdimatı olub.
Carçı TV xəbər verir ki, kolleksiya "Əjdahalı” xalçalarda əks olunan motivlərlə bəzədilmiş 50-dən çox zinət əşyasından ibarətdir.
Kolleksiyanın əsas məqsədi Azərbaycanın qədim xalçaçılıq sənətinə maraq yaratmaq, milli və mənəvi dəyərləri yaşatmaqdan ibarətdir.
Qarabağ xalçaçılıq məktəbinin ən gözəl nümunələrindən hesab edilən "Əjdahalı” xalçalar XVI-XVIII əsrlərdə Qarabağda, həmçinin Şirvan və Qubada toxunub. Azərbaycan dekorativ-tətbiqi xalq sənəti nümunələrində, tək olaraq istifadə edildiyi zaman əjdaha xeyirli qüvvəni simvolizə edir. Qədim türk inanclarına görə, "Büke”, "Evren”, "Kök-luu”, "Abırqa” adlandırılan əjdahalar müsbət gücü, qüvvəni təmsil edir. Qıpçaq türklərində "Beqşa” adlı əjdaha ailə ocağının qoruyucusu kimi qəbul olunurdu. Səfəvilər dövrü xalçalarında da bu motiv geniş istifadə edilib.
Tədbir çərçivəsində, həmçinin "Resm”in veb-saytının (www.resm.com) təqdimatı olub. Bu sayt vasitəsilə dünyanın istənilən nöqtəsindən "Resm”in zinət əşyalarını sifariş etmək mümkündür. Onlayn mağazada bu brendin zinət əşyalarının bütün modelləri mövcuddur.
"Resm” zinət əşyaları qədim Azərbaycan naxış və bəzəklərinin müasir interpretasiyasını təqdim edir. Bu zinət əşyaları adi dəb meyillərindən üstün olmağa, əcdadların yaşadığı bir aləmə qatılmağa imkan verir. "Resm”in bütün məmulatları dizaynın tarixi mahiyyətini, naxışların mənşəyini və ənənəvi bəzəkləri izah edən fərdi təsvirlərlə təmin olunur.


Oxunub: 401






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim