reklam
USD
3 ℃
EUR
BAKI

Azərbaycanlı məktəbli Beynəlxalq Rus Dili Olimpiadasının 10 mütləq qalibindən biri olub

XƏBƏR / 08.12.2018 01:05
Azərbaycanlı məktəbli Beynəlxalq Rus Dili Olimpiadasının 10 mütləq qalibindən biri olub

Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksinin 11-ci sinif şagirdi Fatimə Davudlu xarici ölkələrin məktəbliləri üçün XVI Beynəlxalq Rus Dili Olimpiadasının 10 mütləq qalibindən biri olub.
Carçı TV xəbər verir ki, Beynəlxalq Rus Dili Olimpiadasının finalı Moskvada A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunda keçirilib. Müsabiqənin final mərhələsində Avropa, Asiya, Şimali və Cənubi Amerikanın 33 ölkəsindən 128 məktəbli iştirak edib. Olimpiadanın finalçıları bir həftə ərzində yazılı və şifahi rus dili, Rusiya ölkəşünaslığı sahəsində biliklərini nümayiş etdiriblər.
Olimpiadada Azərbaycanı Bakı Slavyan Universiteti nəzdindəki Məktəb-Lisey Kompleksinin 11-ci sinif şagirdləri Fatimə Davudlu və Leyla Mehdiyeva təmsil ediblər. Onlar bütün tapşırıqları uğurla yerinə yetiriblər. Müsabiqənin yekunlarına görə, Fatimə Davudlu 10 mütləq qalibdən biri olub. Qeyd edək ki, mütləq çempion titulu Rusiyanın ali məktəblərində ali təhsil almaq hüququ verir.
A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutu artıq 45 ildən çoxdur ki, əcnəbi məktəblilər üçün Beynəlxalq Rus Dili Olimpiadası təşkil edir. 2016-cı ildən seçim turu "Rus dilində təhsil” portalında onlayn-formatda keçirilir. Seçim turunda rus dilini bilən və öyrənən hər bir şagird iştirak edə bilər. 2018-ci ildə "Rus dilində təhsil” portalında Olimpiadada iştirak etmək üçün 1640 uşaq qeydiyyatdan keçib.


Oxunub: 412






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim