reklam
USD
5 ℃
EUR
BAKI

Ümummilli lider Heydər Əliyevin xatirəsi Səudiyyə Ərəbistanında anılıb

CANLI TV / 09.12.2018 21:07
Ümummilli lider Heydər Əliyevin xatirəsi Səudiyyə Ərəbistanında anılıb

Ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində anım mərasimi keçirilib.

CARÇI TV xəbər verir ki, Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən səfir Şahin Abdullayev Heydər Əliyevin həyat və fəaliyyəti, onun təməlini qoyduğu və həyata keçirdiyi nəhəng layihələr haqqında danışıb. Diplomat düşünülmüş və məqsədyönlü siyasəti, yüksək idarəçilik qabiliyyəti sayəsində Azərbaycanın müstəqil dövlət kimi formalaşmasının Ümummilli Liderimizin əzmkar fəaliyyətinin nəticəsi olduğunu diqqətə çatdırıb.
Hüquqi dövlətin qurulması və vətəndaş cəmiyyətinin formalaşması, Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz yerini möhkəmləndirməsi və regionun iqtisadi-siyasi həyatında mühüm rol oynamasının məhz Ulu Öndərin adı ilə bağlı olduğunu bildirən səfir bugünkü Azərbaycanın inkişaf strategiyasının əsasında da Heydər Əliyev ideyalarının dayandığını vurğulayıb.
Şahin Abdullayev ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu siyasi kursun 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib, həmin ildən indiyədək ölkənin iqtisadi və sosial göstəriciləri, eləcə də xarici siyasəti barədə məlumat verib. Vurğulayıb ki, Ümummilli Liderin siyasətinin layiqincə davam etdirilməsi nəticəsində Azərbaycan regionun ən güclü dövlətinə çevrilib, mühüm iqtisadi nailiyyətlərə imza atıb, ölkəmizin beynəlxalq nüfuzu artıb və xalqın rifahı daha da yüksəlib. Bütün bu amillər sayəsində dövlətimiz dünyada öz sözünü deyir və bu da müstəqilliyin güclü təməl üzərində qurulduğuna dəlalət edir.
Tədbirdə ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətinə həsr edilmiş sənədli film nümayiş etdirilib.


Oxunub: 416






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim