reklam
USD
5 ℃
EUR
BAKI

“Akkord” korporasiyası Gürcüstanda daha bir beynəlxalq layihənin qalibi olub

CANLI TV / 09.12.2018 21:09
"Akkord” korporasiyası Gürcüstanda daha bir beynəlxalq layihənin qalibi olub

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC Gürcüstanda daha bir beynəlxalq layihənin qalibi olub. Korporasiya qonşu ölkədə beynəlxalq əhəmiyyətli magistral yolun bir hissəsinin tikintisini həyata keçirəcək.
CARÇI TV xəbər verir ki, bu layihəyə əsasən "Akkord” korporasiyası Gürcüstanın qərbində Dzirula-Xaraqauli-Moliti-Puna-Çumateleti magistralının Moliti-Çumateleti hissəsinin təmir və tikintisini həyata keçirəcək.
Layihənin icrasına başlamaq üçün "Akkord” korporasiyası ilə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi arasında müqavilə imzalanıb. Sənədi nazir müavini İrakli Karseladze ilə korporasiyanın Gürcüstan filialının direktoru Alik Cəfərov imzalayıblar.
Nazirlikdən bildirilib ki, layihədə yolun 25 kilometrlik hissəsində asfalt örtüyünün dəyişdirilməsi, 22 körpünün əsaslı təmir və bərpası, yolda drenaj boruların, istinad divarlarının, təhlükəsizlik banerlərinin tikintisi nəzərdə tutulub.
Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən layihənin ümumi dəyəri 54 milyon 566 min 117 avrodur.
Yolun tikintisinin 29 aya başa çatdırılması nəzərdə tutulub.
Layihə başa çatdırıldıqdan sonra Xaraqauli bələdiyyəsinin 23 mindən çox əhalisinin, eləcə də həmin əraziyə yaxın 13 kəndin 7 mindən çox əhalisinin sosial həyat tərzi yaxşılaşacaq.
Məlumat üçün qeyd edək ki, bu, "Akkord”un Gürcüstanda həyata keçirdiyi ilk layihəsi deyil. Korporasiya daha bir neçə layihə üzrə tenderlərdə iştirak edib və yaxın günlərdə həmin layihələr üzrə yeni müqavilələrin imzalanacağı gözlənilir.


Oxunub: 406






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim