reklam
USD
4 ℃
EUR
BAKI

Masallıda arıçılara subsidiyaların verilməsinə başlanılır

XƏBƏR / 09.12.2018 23:02
Masallıda arıçılara subsidiyaların verilməsinə başlanılır

Ölkəmizdə aqrar sahədə arıçılıq mühüm yer tutur. Kənd təsərrüfatının bu gəlirli sahəsinin inkişaf etdirilməsi üçün son illər ölkəmizdə bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib. "Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli Sərəncamında ölkəmizdə arıçılığın inkişafı ilə bağlı qarşıya mühüm vəzifələr qoyulub.
CARCİ TV xəbər verir ki, Sərəncamın icrası ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyində arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə subsidiyanın ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclasında hər arı ailəsinə 10 manat hesabı ilə 373 min 930 manat məbləğində subsidiyanın verilməsi barədə qərar qəbul edilib. İclasda subsidiya veriləcək rayonlar arasında Masallının da adı vardır.
Masallıda ilkin mərhələdə arıçılıqla məşğul olan 90 nəfərə 2244 arı ailəsi üçün 22 min 440 manat məbləğində subsidiya ayrılıb. Rayonun Hişkədərə kəndində 4, Miyankü kəndində 3, Ərkivan qəsəbəsində 18, Çaxırlı kəndində 14, Yeddioymaq kəndində 16, Sərçuvar kəndində 19, Gəyəçöl kəndində 11 və Səmidxan kəndində 5 ailə subsidiyadan yararlanacaq.
Masallıdakı arı ailələrinin və arıçıların uçotunun aparılması üçün 4 işçi qrupu yaradılıb. İşçi qrupları tərəfindən aparılmış monitorinqlər nəticəsində rayonda 9 mindən çox arı ailəsinin olduğu müəyyənləşib.
Qeyd edək ki, rayon üzrə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya veriləcək arıçıların siyahısı, onların saxladıqları arı ailəsinin miqdarı və hesablanmış subsidiyanın məbləği barədə məlumatlar Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet səhifəsinin (agro.gov.az) "Subsidiyalar" bölməsində yerləşdiriləcək.


Oxunub: 390






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim