reklam
USD
16 ℃
EUR
BAKI

Azərbaycanda bu işlə məşğul olanlara ŞAD XƏBƏR: 480 min manat ayrıldı

İqtisadiyyat / 12.12.2018 13:15

Kənd Təsərrüfatı Nazirliyində, nazir müavini İlham Quliyevin sədrliyi ilə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə nazirliyin açıqlamasında bildirilir.

Məlumata görə, iclasda 26 rayon komissiyasından daxil olmuş sənədlərə baxılıb, 2 189 arıçıya saxladıqları 4 830 arı ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə (pətəyə) 10 manat hesabı ilə cəmi 480 300 manat məbləğində subsidiyanın verilməsi barədə qərarlar qəbul edilib.

İclasda Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri də iştirak edib. Rayon (şəhər) komissiyalarından daxil olan sənədlərə baxılması məqsədilə yaradılmış işçi qrupuna Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə yanaşı Azərbaycan Arıçılar Assosiasiyasının təmsilçiləri də daxildir.

Respublika Komissiyasının qərarı ilə subsidiya veriləcək arıçıların və onların arı ailələrinin (pətəklərinin) respublikanın rayonları və şəhərləri üzrə bölgüsü aşağıdakı kimi olmuşdur:

1.Abşeron - 20 nəfər, 807 arı ailəsi, 8 070 manat

2.Ağcabədi - 65 nəfər, 1 027 arı ailəsi, 10 270 manat

3.Astara - 206 nəfər, 9708 arı ailəsi, 97 080 manat

4.Bərdə - 26 nəfər, 638 arı ailəsi, 6 380 manat

5.Füzuli - 121 nəfər, 1 500 arı ailəsi, 15 000 manat

6.Goranboy - 74 nəfər, 1 800 arı ailəsi, 18 000 manat

7.Gədəbəy - 342 nəfər, 4 073 arı ailəsi, 40 730 manat

8.Hacıqabul - 8 nəfər, 449 arı ailəsi, 4 490 manat

9.İmişli – 2 nəfər, 100 arı ailəsi, 1 000 manat

10.İsmayıllı - 5 nəfər, 65 arı ailəsi, 650 manat

11.Kürdəmir - 27 nəfər, 804 arı ailəsi, 8 040 manat

12.Qazax - 244 nəfər, 3 600 arı ailəsi, 36 000 manat

13.Qobustan - 81 nəfər, 1 775 arı ailəsi, 17 750 manat

14.Qubadlı - 3 nəfər, 74 arı ailəsi, 740 manat

15.Laçın - 43 nəfər, 523 arı ailəsi, 5 230 manat

16.Lənkəran - 102 nəfər, 3 665 arı ailəsi, 36 650 manat

17.Masallı – 171 nəfər, 2 750 arı ailəsi, 27 500 manat

18.Oğuz - 39 nəfər, 750 arı ailəsi, 7 500 manat

19.Sabirabad - 2 nəfər, 80 arı ailəsi, 800 manat

20. Samux – 72 nəfər, 1 088 arı ailəsi, 10 880 manat

21.Samux-Gəncə - 3 nəfər, 100 arı ailəsi, 1 000 manat

22.Şabran - 33 nəfər, 988 arı ailəsi, 9 880 manat

23.Şamaxı - 238 nəfər, 6 422 arı ailəsi, 64 220 manat

24.Şəmkir - 173 nəfər, 3 361 arı ailəsi, 33 610 manat

25.Siyəzən - 73 nəfər, 1 600 arı ailəsi, 16 000 manat

26.Salyan - 16 nəfər, 283 arı ailəsi, 2 830 manat

Cəmi: 2 189 nəfər, 48 030 arı ailəsi, 480 300 manat

Rayon (şəhər) üzrə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya veriləcək arıçıların siyahısı, onların saxladıqları arı ailəsinin (pətəyin) miqdarı və hesablanmış subsidiyanın məbləği barədə məlumatlar Nazirliyin rəsmi internet səhifəsinin (http://agro.gov.az) "Subsidiyalar" bölməsində yerləşdiriləcək.

Bu günə qədər Respublika Komissiyasının keçirilmiş iclaslarında ölkə üzrə cəmi 4 654 arıçiya 113 815 arı ailəsinə (pətəyə) görə 1 138 150 manat məbləğində subsidiyanın ödənilməsinə dair qərar qəbul edilib.

Hazırda arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanı almaq üçün rayon (şəhər) komissiyalarına müraciətlər daxil olmaqdadar. Rayon (şəhər) komissiyalarından zəruru sənədlər daxil olduqca, Respublika Komissiyasının iclasında arıçılara hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi ilə bağlı həmin sənədlərə baxılacaq.



Oxunub: 289






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim