reklam
USD
17 ℃
EUR
BAKI

Əflatun Amaşov: Ulu öndər Heydər Əliyev mətbuata böyük dəyər verirdi

RƏSMİ / 19.12.2018 00:27
Əflatun Amaşov: Ulu öndər Heydər Əliyev mətbuata böyük dəyər verirdi

Ulu öndər Heydər Əliyev mətbuata xalqın istək və amallarının, prinsip və ideyalarının ifadə meydanı kimi son dərəcə böyük dəyər verirdi.
Bunu Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.
Carçı TV xəbər verir ki, Ə.Amaşov qeyd edib: "Klassik bir deyim var ki, tarixi şəxsiyyətlər baş verəcək hadisə və proseslərin qarşısını almır, onların baş verməsini ya tezləşdirir, ya da ləngidir. Əslində bu deyimin özü də mübahisəlidir. Çünki nələrin baş verəcəyini, nələrinsə baş verməyəcəyini bilmək faktiki olaraq mümkünsüzdür, yaxud baş verəcək hadisələr onsuz da baş verir. Nələrin baş verməyəcəyini necə müəyyənləşdirək? Görünür, tarixi şəxsiyyətlər məhz ona görə tarixi şəxsiyyətlər olur ki, onlar mümkünsüzləri reallığa çevirirlər. Ulu öndər Heydər Əliyevin həyat yoluna diqqət yetirərkən də məhz bunu aşkar şəkildə görə bilirik. Bəli, biz şanslı xalqıq. Ona görə ki, Heydər Əliyevimiz var. Ona görə şanslıyıq ki, ilk baxışdan baş verməsi mümkün olmayanları Azərbaycan adlı danılmaz gerçəkliyə çevirmiş dahi lidermiz var”.
O bildirib ki, ulu öndər Heydər Əliyev istər birinci, istərsə də ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dönəmdə həmişə ziyalı amilinə böyük önəm verib:
"Hələ sovet hakimiyyətinin mövcud olduğu vaxtlarda Heydər Əliyev ziyalıların ümummilli məsələlər ətrafında birləşməsi, millətin mövqe və mənafeləri baxımından hərəkətə keçməsi üçün müstəsna addımlar atıb, yeri gələndə onları totalitarizmin cəngindən xilas edib. Bu mənada ümummilli liderin xidmətləri zaman keçdikcə daha dolğun faktlarla zənginləşəcəkdir. Heydər Əliyev mətbuata xalqın istək və amallarının, prinsip və ideyalarının ifadə meydanı kimi son dərəcə böyük dəyər verirdi. Mətbuata ziyalıların tribunası olaraq baxırdı. Əlbəttə, ulu öndər üçün mətbuat eyni zamanda dövlət idarəçiliyinin vacib vasitəsi idi. Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra da bu xəttini davam etdirdi. Habelə mətbuatı bilavasitə demokratik cəmiyyət quruculuğunun mühüm faktoru kimi təsdiqlədi”.
Mətbuat Şurasının sədri vurğulayıb ki, ulu öndər Heydər Əliyev mediaya azad sözün və plüralist fikrin ifadə meydanı olaraq yanaşırdı:
"O çalışırdı ki, media fəaliyyəti məhz bu iki dəyəri özündə birləşdirən qüvvəyə çevrilsin. Bunun üçün zəruri qanunvericilik mühiti formalaşdırmışdı. İlk növbədə onun müəllifi olduğu 1995-ci il Konstitusiyasına diqqət yetirmək lazımdır. Konstitusiyanın müvafiq maddələri ilə söz, məlumat və ifadə azadlıqları insan təməl hüquq və azadlıqlarının müstəsna göstəriciləri olaraq öz əksini tapdı. Heydər Əliyev ardınca müharibə təhlükəsinin sovuşmadığı bir ölkə üçün son dərəcə inqilabi sayılacaq addım atdı – böyük qətiyyət və prinsipiallıq nümayiş etdirərək 1998-ci ildə senzuranı aradan qaldırdı. 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun qəbulu isə bu istiqamətdəki islahatlarının bir növ kuliminasiya nöqtəsi kimi dəyərləndirilə bilər. Qətiyyətlə bildirmək olar ki, həm bu qanun, həm də senzuranın aradan qaldırılması mediaya tamamilə yeni düzən gətirdi. Bəli, tam şəkildə demək olmaz ki, o zaman üçün istər cəmiyyət, istər mətbuat, istərsə də məmur kontingenti bu düzənə hazır idi. Heydər Əliyev vəziyyəti hər kəsdən gözəl duyurdu. İndi də bu sahədə problemlər qalmaqdadır. Ancaq ulu öndər prinsipcə gedilməli olan yolu müəyyənləşdirmişdi".
Ə.Amaşov onu da bildirib ki, ümummilli lider Heydər Əliyevin media sahəsində həyata keçirdiyi tədbirlər jurnalistikanı imtiyazlı peşəyə çevirmək mahiyyətinə söykənirdi: "Çünki ulu öndər bu imtiyazın cəmiyyətin demokratikləşməsi, idarəçiliyin təkmilləşməsi və şəffaflaşması üçün mühüm alət olduğunu düşünürdü”.
Bu mənada fikirlərinə aydınlıq gətirən millət vəkili ulu öndər Heydər Əliyevin 20 iyul 2001-ci ildə imzaladığı "Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması haqqında” fərmana da diqqət çəkib. O, fərmanın ümumən media sahəsinin yenidən təşkili üçün bir növ yol xəritəsi mahiyyəti daşıdığını qeyd edib:
"Fərman islahatlar üçün bir növ siqnal idi. Orada gedilməli yolun, demək olar, bütün istiqamətlərinə toxunulurdu. Prezident İlham Əliyevin media sahəsində gördüyü konkret işlərə nəzər salanda onların əslində məhz 2001-ci il 20 iyul tarixli fərmana söykəndiyini söyləyə bilərik. Buna qədərsə Heydər Əliyev 27 mart 2000-ci il tarixdə "Azərbaycan milli mətbuatının yaradılmasının 125 illiyi haqqında" fərman imzalamışdı. Fərman milli mətbuatımızın keçdiyi yola müstəsna dəyərin nümunəsi kimi təkcə hüquqi deyil, eyni zamanda mənəvi mahiyyət daşıması ilə də diqqət çəkirdi. Sənəddə mətbuat ictimai fikir tariximizin avanqardı kimi təqdim olunur, onun funksiya və vəzifələrinə son dərəcə dəqiq qiymət verilirdi. Fərman həm də milli mətbuatımızın yubileylərinin keçirilməsi ənənəsinin başlanğıcı idi”.


Oxunub: 431






SON XƏBƏRLƏR

2025-04-19

03:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar

Product image

03:26 Prezident İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Product image

2025-04-17

12:17 Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Product image

12:07 Kərimli Fizuli Adil oğlu Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini vəzifəsinə təyin olunubTƏBRİK EDİRİK!

Product image

12:03 Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinə yeni sədr təyin olunub TƏBRİK EDİRİK!

Product image

11:39 Kitabxanalar xalqın bilik və zəka mənbəyidir

Product image

2025-04-10

16:26 QÜRBƏT ELDƏ BİR ÖMÜR DƏ GÜLMƏRƏM, ÖZ YURDUMUN BİR GÜNÜNƏ QURBANAM.

Product image

16:14 PÜNHANIN PÜNHAN DÜNYASI

Product image

16:08 ŞAİQ MUSTAFAYEV YARADICILIĞINDA

Product image

15:57 Giya Paçxataşvilinin “Doğum şəhadətnaməsi” şeirlər kitabı haqqında bir neçə kəlmə

Product image

15:32 Armud ağacı. Natavan YUSİFOVA

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim