Hisə verilmiş məhsul alarkən diqqətli olun! - XƏBƏRDARLIQ - VİDEO
XƏBƏR / 23.12.2018 14:06
Bir müddət əvvəl Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının araşdırmaları zamanı məlum olub ki, hisə verilmiş məhsulları hazırlamaq üçün istifadə olunan soba köhnə təkər qırıntılarının yanması nəticəsində işə salınır. Bu fakt hisə verilmiş balıq və digər ət məhsullarının hazırlanması qaydalarını gündəmə gətirir.
Carcitv.az-ın məlumatına görə, qida mühəndisi İsa Əliyev deyir ki, balıq və digər ev quşlarının hisə verilməsi zamanıbir sıra qaydalara əməl etmək lazımdır.
Ekspert hesab edir ki, antisanitar şəraitdə hisə verilən məhsullardan istifadə insanlarda ciddi xəstəliklərin yaranmasına səbəb olur. Ona görə də belə məhsulların alınması zamanı diqqətli olmaq lazımdır.
Biz də hisə verilmiş məhsulların satıldığı yerlərdə olduq. Məlum oldu ki, satıcılar məhsulların keyfiyyət sertifikatının olmasını vacib sayırlar.
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, qurumasanitar-gigiyena tələblərinə cavab verməyən, həyətyanı sahələrdə kustar üsulla balıq məhsullarının hazırlanması, xüsusi ilə balıqların hisə verilməsi kimi qanunsuz fəaliyyət göstərən istehsalat sahələri ilə bağlı məlumatlar daxil olur. Agentlik bəyan edir ki, bu şəraitdə hazirlanan məhsullar insan saglamligina ciddi fəsadlar törədə, hətta ölümlə nəticələnə biləcək hallara səbəb ola bilər. Ona görə də bu cür fəaliyyətlərin qarşısının alınması üçün qanunvericiliyin tələbləri çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcək. Eyni zamanda, istehlakçılara hisə verilmiş balıq və digər ət məhsulları seçərkən keyfiyyət göstəricilərini əks etdirən sənədin olmasına əmin olduqdan sonra istifadə etmələri tövsiyə edilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Oxunub: 276
25.08.2026
22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
08.08.2026
17:40 Deputat:
17:14 Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR İDMAN09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim