reklam
USD
6 ℃
EUR
BAKI

Heydər Əliyev adına AAHM-də yeni obyektlər istifadəyə verilib - FOTO

XƏBƏR / 23.12.2018 18:13
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) yeni istifadəyə verilən bir sıra obyektlərin açılışında iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  carcitv.az-a bildiriblər ki, əvvəlcə nazirliyin rəhbərliyi ümummilli liderimiz Heydər Əliyevin hərbi məktəbin ərazisində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

Sonra müdafiə naziri və nazirliyin digər rəhbər heyəti yeni tikilən klubun açılışını ediblər. Müdafiə nazirinə məlumat verilib ki, iki mərtəbəli klubda 520 nəfərlik iclas zalı, Heydər Əliyev muzeyi, kinoteatr, brifinq zalı və digər xidməti otaqlar var. Binada avtomatik işıqlandırma sistemi quraşdırılıb, klub akustika və mərkəzləşdirilmiş kondisioner sistemlərilə təchiz olunub. Ətrafda abadlıq işləri aparılıb, asfalt döşənib və yaşıllaşdırma sahəsi salınıb. Bütün otaqlar mebel və kommunikasiya xətləri ilə təmin olunub.

Müdafiə naziri və rəhbər heyət tədris ocağında əsaslı təmir işləri aparılmış qış üzgüçülük hovuzu və atıcılıq tiri ilə də yaxından tanış olub.

Binanın açılışından və ərazi ilə tanışlıqdan sonra müdafiə naziri hərbi qulluqçuların xidməti, sosial-məişət, mənzil istismar və kommunal şəraitlərinin daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlar verib.

Müdafiə naziri general-polkovnik Z.Həsənov hərbi təhsil müəssisəsinin zabit və kursantları ilə görüşərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunda aparılan islahatları, hərbi təhsil sistemində həyata keçirilən vacib tədbirləri, təşkilat-ştat strukturunun təkmilləşdirilməsi məsələlərini, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığında qarşıda duran mühüm vəzifələri diqqətə çatdırıb.

Müdafiə naziri döyüş hazırlığının artırılması məqsədilə silahlanmaya ən müasir döyüş texnikası, raket və artilleriya sistemləri, hərbi təyinatlı digər vasitələr qəbul edildiyini, modernləşmə aparıldığını, müxtəlif səviyyəli genişmiqyaslı təlimlərin keçirildiyini, yeni poliqonların tikildiyini və digər istiqamətlərdə həyata keçirilən fəaliyyətləri diqqətə çatdırıb.

General-polkovnik Z.Həsənov bildirib ki, hərbi qulluqçuların təminatının, sosial-məişət şəraitinin, sağlamlıq məsələlərinin daim diqqətdə saxlanılması və yaxşılaşdırılması üçün yeni hərbi şəhərciklərin, daimi və xidməti mənzillərin istifadəyə verilməsi də dövlətimizin prioritet istiqamətlərindəndir.

Nazir qeyd edib ki, Azərbaycan ordusunun hər bir zabiti rəhbərlik etdiyi kollektivə şəxsi nümunə və dövlətə sadiq olmalı, Vətənə və torpağa sevgi, düşmənə nifrət hissi ilə xidmət etməlidir.

Müdafiə naziri çıxışının sonunda hərbi məktəbin şəxsi heyətinə xidmətlərində uğurlar arzulayıb və onları qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib, əmin olduğunu bildirib ki, hər bir hərbi qulluqçu üzərinə düşən vəzifənin məsuliyyətini dərindən dərk edərək Vətənimizin müdafiə qabiliyyətinin daha da güclənməsinə dəyərli töhfəsini verəcəkdir.

 

FOTOQALERIYA






Oxunub: 407






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim