Novruz Məmmədov tələbə qəbulu qaydalarını DƏYİŞDİ
RƏSMİ / 24.12.2018 10:56
Baş nazir Novruz Məmmədov "Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib.
Carcitv.az xəbər verir ki, qaydalara aşağıdakı dəyişikliklər olunub:
1. 1.6-cı bənddə "cari” sözü "müvafiq” sözü ilə, "90” rəqəmləri "300” rəqəmləri ilə əvəz edilsin.
2. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:
"3. Qəbul imtahanı 3.1. Bu Qaydaların 3.5-ci bəndində nəzərdə tutulan abituriyentlər istisna olmaqla, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün abituriyentlər orta ixtisas təhsili pilləsində təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq Azərbaycan dili və ya rus dili, xarici dil və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər.
3.2. Qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. İmtahanda abituriyentlərə Azərbaycan (rus) dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 25 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim edilir. Qəbul imtahanında abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. İmtahanın davametmə müddəti 3 saatdır.
3.3. Qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca test imtahanı verirlər. İmtahanda abituriyentlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Abituriyentlərin toplaya biləcəyi maksimal bal 30 baldır. İmtahanın davametmə müddəti 45 dəqiqədir. Bu imtahanın nəticəsi "məqbul” və ya "qeyri-məqbul”la qiymətləndirilir və "məqbul” alanlar müvafiq tədris ili üçün keçirilən müsabiqələrdə qəbul imtahanlarına (ixtisas seçiminə) buraxılırlar.
3.4. İmtahanın məzmunu, yəni təhsilalanlara təqdim edilən tapşırıqların növü və qiymətləndirilmə qaydası Mərkəz tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən olunur və hər il tədris ilinin başlanılmasından 1 ay müddət keçənədək elan edilir. İmtahan suallarının məzmunu Mərkəz tərəfindən hazırlanmış və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilmiş imtahan fənləri üzrə qəbul proqramlarına uyğun müəyyən edilir. İmtahanların keçiriləcəyi günlər və imtahanların aparılması texnologiyası Mərkəz tərəfindən müəyyənləşdirilir.
3.5. Müvafiq tədris ili üzrə müsabiqədə abituriyentlər tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər və qəbul imtahanını, eləcə də bu Qaydaların 3.3-cü bəndində nəzərdə tutulan Azərbaycan dili (dövlət dili kimi) fənnindən imtahan vermirlər. Azərbaycan dili istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən orta ixtisas təhsili müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün buraxılış imtahanı çərçivəsində imtahan verdikləri Azərbaycan dili (dövlət dili kimi) fənnindən Mərkəz tərəfindən müəyyən edilən şərtə uyğun nəticə əldə etməlidirlər.
3.6. Azərbaycan və rus dilləri istisna olmaqla, tədris ingilis, gürcü və digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün buraxılış imtahanı çərçivəsində orta ixtisas təhsili pilləsində təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili fənnindən də imtahan verməlidirlər. Tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən orta ixtisas təhsili müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən orta ixtisas təhsili müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan dili fənnindən imtahan verməlidirlər.
3.7. Qəbul (buraxılış) imtahanlarının nəticələri 2 il qüvvədə olur, cari və növbəti tədris illərində abituriyentə orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında keçirilən tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək hüququ verir. Abituriyent öz istəyinə uyğun olaraq, müsabiqədə iştirak etmək üçün müvafiq tədris ilində yenidən qəbul imtahanında iştirak edə bilər. Bu zaman abituriyent müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü müəyyən edir.
3.8. Qəbul imtahanlarında əlilliyi olan şəxslərin iştirakının təmin edilməsi üçün Mərkəz tərəfindən əlverişli şərait yaradılır. I qrup gözdən əlilliyi olan abituriyentlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davametmə müddəti 1 saat artırılır.”.
3. 6.4.1-ci yarımbəndə "göndərmək” sözündən sonra "və ya sərxoş vəziyyətdə gəlmək” sözləri əlavə edilsin.
4. 6.4.5-ci yarımbəndə hər iki halda "kartına” sözündən sonra "(vərəqinə)” sözü əlavə edilsin.
5. 6.4.7-ci yarımbəndə "kartını” sözündən sonra "(vərəqini)” sözü əlavə edilsin.
6. "Qeyd” aşağıdakı redaksiyada verilsin:
"Qeyd. Bu Qaydalarda "müvafiq tədris ili” dedikdə, buraxılış imtahanının nəticələrinin qüvvədə olduğu tədris ili (cari və növbəti) nəzərdə tutulur.”.
Oxunub: 300
08.06.2026
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:30 Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb
10:28 Klassik və sürət avtomobillərinin festivalı başa çatıb
10:22 Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj
10:19 Balakəndə müasir meyvə bağları və ting ixracı genişləndirilir - VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
10:11 Yaponiyada "Panç"ın volyerinə daxil olan amerikalılar cəzalandırıldılar - VİDEO
10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
10:05 Azərbaycan dilini öyrənmiş astanalı qız: Musiqi mənim müəllimim olub
10:02 FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
09:40 I və IV qruplar üzrə qəbul imtahanlarının CAVABLARI AÇIQLANDI
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
09:56 Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
10:47 Taekvondoçu Qaşim Maqomedov Romada bürünc medal qazanıb
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim