reklam
USD
19 ℃
EUR
BAKI

Əli Həsənov: 2018-ci il media sahəsində də uğurlu il olub - VİDEO

CANLI TV / 27.12.2018 12:57
Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Carcitv.az xəbər verir ki, əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

Fondun icraçı direktoru Vüqar Səfərli çıxış edərək rəhbərlik etdiyi qurumun gördüyü işlər barədə məlumat verib. Bildirib ki, hər il olduğu kimi, bu il də həm Fond tərəfindən, həm də digər dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində ümumilikdə 10 müsabiqə keçirilib və 500-ə yaxın jurnalist mükafatlandırılıb. İl ərzində KİVDF tərəfindən bir sıra layihələr reallaşdırıb. Fond 2018-ci ildə 33 kütləvi informasiya vasitəsini maliyyələşdirib, Azərbaycan ədəbi dilinin qorunması istiqamətində layihələr həyata keçirib. Jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı Fond üzərinə düşən vəzifələri uğurla yerinə yetirib. Jurnalistlər üçün tikilən növbəti yaşayış binasının artıq 13-cü mərtəbəsi yekunlaşır. Bütün bu işlər 2020-ci ildə yekunlaşdırılacaq və mənzillər jurnalistlərə təqdim ediləcək.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, bu il ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib. Bu əlamətdar gün təkcə Azərbaycanda deyil, digər ölkələrdə də qeyd olunub. Cümhuriyyət müsəlman Şərqində ilk dünyəvi, çoxpartiyalı parlamentə malik respublika olub, aparıcı dövlətlərdən də xeyli əvvəl ilk dəfə kişilərlə yanaşı, qadınlara da seçib-seçilmək hüququ verib.

Azərbaycanın sosial-iqtisadi inkişafından danışan Prezidentin köməkçisi bildirib ki, ölkəmiz yola saldığımız ildə nailiyyətlərini daha da artırıb. Bu il bir sıra transmilli layihələr icra olunub, Avropa İttifaqının, dünya ölkələrinin reallaşdıra bilmədiyi NABUCCO marşrutunun əvəzində Azərbaycanın və Türkiyənin liderliyi ilə "Cənub Qaz Dəhlizi” layihəsi həyata keçirilib. 2020-ci ildə bu kəmər tam işə düşəcək, 100 illər ərzində Azərbaycanın maraqlarını təmin edəcək. Bundan başqa, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ötən il istifadəyə verilsə də, bu yol boyunca əsas tərəfdaş ölkələrlə yükdaşımaları ilə bağlı sazişlərin imzalanması bu ilə təsadüf edib. Bu il həm də üçüncü peykimiz orbitə buraxılıb.

Əli Həsənov deyib ki, yola saldığımız il media sahəsində də uğurlu olub. Jurnalistikamız inkişaf edib, saytların sayı artıb. Saytların müxtəlif xarici dillərdə versiyaları yaranıb. Bu il reket jurnalistikası ilə mübarizəyə hüquq-mühafizə orqanları da qoşulub. Bu da mediamızın təmizlənməsi, mənfi halların aradan qalxması işində önəmlidir. Jurnalist adından sui-istifadə edib jurnalistikanı hörmətdən salan şəxslərlə mübarizə bundan sonra da davam edəcək.

SondaPrezident İlham Əliyevin sərəncamı ilə fəxri adlar və medallarla təltif edilən jurnalistlərə fəxri adlar və medallar təqdim olunub,fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:





Oxunub: 381






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim