reklam
USD
7 ℃
EUR
BAKI

Unibank mükafat aldı

İqtisadiyyat / 30.12.2018 22:17
Unibank mükafat aldı

Carci TV xəbər verir ki, Unibank 2018-ci il ərzində fəaliyyətinə görə mükafatlandırılıb. Azərbaycan Banklar Assosiasiyası tərəfindən təşkil edilən "Bankçılıq Mükafatları 2018” tədbirində Unibank KB "Ən fəal təhsil dəstəkçisi” və "İnnovativ ödəniş həlləri tətbiq edən ABA üzvü” nominasiyaları üzrə qalib seçilib. 
Ölkənin ən innovativ bankı olmağı qarşısına məqsəd qoyan Unibank, təkcə bu il ərzində müştərilərinə çoxsaylı innovativ ödəniş həlləri təqdim edib:

-Ölkədaxili bank kartların əlavə edilməsi və əməliyyatların həyata keçirilməsi;
- Nömrə ilə qeydiyyat (bank müştərisi olmayanlar üçün ödənişlərin həyata keçirilməsi imkanı);
-Zolotaya Korona vasitəsi ilə vəsaitlərin köçürülməsi;
- Fiziki şəxslər üçün İnternet Bankçılıq (QR kod ilə giriş);
- Korporativ müştərilərə İnternet Bankçılıq vasitəsi ilə onlayn kreditin verilməsi; 
- Korporativ Bankçılıq üçün Open API (Mühasibat sistemlərinə birbaşa inteqrasiya).

Bank il ərzində təhsil sahəsində həyata keçiridiyi yeniliklərə görə də fərqlənib. Bu il ADA, Qərb Universiteti və digər ali təhsil müəssisələrində təşkil etdiyi silsilə tədbirlər, karyera həftələri, bankda tələbələr üçün açıq qapı günləri, Unibankın il ərzində təhsillə bağlı keçirdiyi tədbirlərin bir hissəsidir. 
Bankda artıq ənənəyə çevrilən 4-cü kurs tələbələri üçün yay məktəbləri, tələbələrin bank təcrübələrinin formalaşmasına, karyera imkanlarının genişlənməsinə şərait yaradır.

Unibank- hər kəsin bankı! Unibank haqqında

Azərbaycanın iki aparıcı özəl bankı – "MBANK” (1992) və "PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində Unibank adı altında fəaliyyətini davam etdirən bank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, Unibank ölkə bank sektorunun aparıcıları siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı Unibankın səhmdarları sırasındadır. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 25 ildən artıq fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülmüşdür.


Oxunub: 332






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim