reklam
USD
24 ℃
EUR
BAKI

Məqsədimiz gələcəyin olimpiyaçılarını yetişdirməkdir

MÜSAHİBƏ / 04.01.2019 22:36
Məqsədimiz gələcəyin olimpiyaçılarını yetişdirməkdir

Yenicə başa vurduğumuz 2018-ci ildə əldə edilmiş idman uğurlarında yeniyetmə və gənc atletlərin də xüsusi payı var. İdman nailiyyətləri ilə qürur doğuran bu idmançıların əksər hissəsi uşaq-gənclər idman məktəblərində yetişir. Respublikamızın qabaqcıl idman məktəblərindən biri olan "Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində (RİOEUGİM) güləş, cüdo, atletika, üzgüçülük, ağırlıqqaldırma, boks, stolüstü tennis bölmələri üzrə 110 qrupun tərkibində minədək uşaq, yeniyetmə və gənc idmanın sirlərinə yiyələnir.
CarciTV xəbər verir ki, RİOEUGİM-in yetirmələri dünya və Avropa birinciliklərində böyük uğurlar qazanıblar
RİOEUGİM-in direktoru Fərhad Acalov öz müsahibəsində məktəbin yetirmələrinin 2018-ci ildə əldə etdikləri nailiyyətlərlə bağlı məlumat verib. Qeyd edib ki, bu idman ocağında yetişən yeniyetmə və gənc atletlər ölkədaxili yarışlarda və beynəlxalq turnirlərdə, o cümlədən Avropa və dünya birinciliklərində yüksək nəticələr qazanıblar. Güləş bölməsində idmanla məşğul olan Məmməd Əhmədov Macarıstanın Qyor şəhərində sərbəst güləş üzrə yeniyetmələr arasında keçirilən Avropa birinciliyində gümüş medal qazanıb. Yunan-Roma güləşi üzrə isə Zaqrebdə yeniyetmələrin dünya birinciliyində Adəm Hacızadə bürünc medal əldə edib. Cüdo bölməsinin yetirmələri Mətin Rzazadənin Sarayevoda keçirilən yeniyetmələrin Avropa birinciliyində gümüş, Rəşad Yelkiyev Qyorda təşkil edilən qitə çempionatında bürünc medalı da yaxşı nəticə kimi qiymətləndirilməlidir.
F.Acalov atletika bölməsinin yetirməsi məşğul olan Rüstəm Məmmədovun Yeniyetmələrin III Olimpiya Oyunlarında iştirakını xüsusi vurğulayıb. Qeyd edib ki, atletikanın kürəitələmə növündə Günel Hüseynova Azərbaycan birinciliyində rekord nəticəyə (11 m, 68 sm) imza atıb. Ağırlıqqaldırma üzrə ötən ay Qahirədə keçirilən və "Tokio 2020” Olimpiadasına lisenziya xarakteri daşıyan İslam Həmrəyliyi İdman Federasiyasının V çempionatında Əliş Nəzərov gümüş medal qazanıb.
Yeniyetmə atletlərin potensiallarını üzə çıxarmaq üçün idman ocağında ardıcıl tədbirlər görülür
Ötən il kütləvi yarışlarda idman ocağının yetirmələrinin iştirakına lazımi şəraitin yaradıldığını vurğulayan Fərhad Acalov bildirib ki, yeniyetmə atletlərin təcrübəsini artırmaq, potensiallarını üzə çıxarmaq üçün görülən işlər davam edir. Tədris ilində məktəbin təqvim planına uyğun olaraq, bütün bölmələr üzrə idman yarışları və kütləvi tədbirlər keçirilib. 2017-2018-ci tədris ili üçün məktəbdə 51 idman ustalığına namizəd və 4 nəfər idman ustası hazırlanıb. Bundan başqa, 111 nəfər birinci, 260 nəfər isə ikinci və üçüncü dərəcə normativlərini yerinə yetirib. Onların arasında istedadlı və bacarıqlı idmançılar var.
"Hazırda komandalarımızın təlim-məşqləri başlayıb. Qarşıda təmsilçilərimizi bütün növlər üzrə respublika birincilikləri və çempionatları gözləyir. Həmin yarışların nəticələrinə əsasən Avropa, dünya birinciliklərində, beynəlxalq turnirlərdə çıxış edəcək idmançılarımız müəyyənləşəcək. Bu idmançıların 2019-cu ildə daha yüksək nəticələr əldə etmək üçün məktəbin rəhbərliyi tərəfindən bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Məqsədimiz daha güclü idmançılar hazırlamaq, gələcəyin olimpiyaçılarını yetişdirməkdir”, - deyə Fərhad Acalov əlavə edib.


Oxunub: 429






SON XƏBƏRLƏR

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim