reklam
USD
7 ℃
EUR
BAKI

“İlham Əliyevin çevik qərarları ölkəni davamlı inkişafa aparır” RƏY

XƏBƏR / 04.01.2019 23:21
"İlham Əliyevin çevik qərarları ölkəni davamlı inkişafa aparır” RƏY
 
"2018-ci il nailiyyətləri, əlamətdar hadisələri, uğurları ilə ölkəmizin tarixinə qovuşdu. Dünyada baş verən iqtisadi böhran, münaqişə ocaqları, gərginlik fonunda müstəqil Azərbaycan 2018-ci ili əmin-amanlıq, sabitlik və təhlükəsizlik şəraitində başa vurdu. Təbii ki, bu sabitliyin, uğurlu inkişafın təməlində Prezident cənab İlham Əliyevin apardığı dərin təhlillələrə əsaslanan iqtisadi və xarici siyasəti dayanır”. Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev ötən ilin uğurlarını şərh edərkən bildirib.Millət vəkili qeyd edib ki, xüsusi ilə 2018-ci il aprelin 11-də keçirilən prezident seçkiləri ölkə tarixində demokratik və azad seçki prinsipi kimi yadda qaldı. "Möhtəşəm qələbə, xalq tərəfindən ölkə Prezidenti cənab İlham Əliyevə göstərilən yüksək etimad dövlətçiliyin, ölkənin sosial-iqtisadi inkişafının möhkəmlənməsi üçün həyata keçirilən kursun dəstəklənməsinin əyani təsdiqi oldu”, deyə qeyd edən millət vəkili həmçinin bildirib ki, məhz 2018-ci ildə Prezident cənab İlham Əliyevin həyata keçirdiyi çevik və çoxşaxəli xarici siyasəti nəticəsində Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmləndi: "Ölkə başçısının xarici ölkələrə səfərləri, beynəlxalq toplantılarda etdiyi çıxışlar müstəqil Azərbaycanı dünya birliyinin fəal üzvünə çevirdi. Xarici ölkələrə səfərlər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə xidmət etdi. 2018-ci ildə istifadəyə verilən Cənub Qaz Dəhlizi layihəsi, SOCAR Polymer Zavodu, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, "Azerspace-2” telekommunikasiya peykinin orbitə çıxrılması kimi layihələr Azərbaycana böyük həcmdə iqtisadi fayda verməklə yanaşı, ölkəmizin daha da inkişaf etdirilməsində yeni və dayanıqlı mənbələr yaratdı”."Ən əsası siyasi və iqtisadi islahatların yüksək səviyyədə aparılması ölkənin davamlı uğurlarına, nailiyyətlərinə səbəb oldu”, deyə qeyd edən Naqif Həmzəyev sonda bildirib ki, Prezident cənab İlham Əliyevin daim xalqla bir yerdə olması, xalqın maraqlarını ifadə etməsi, vətəndaşlarda sabaha, parlaq gələcəyə olan inamı daha da möhkəmləndirdi.


Oxunub: 382






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim