reklam
USD
17 ℃
EUR
BAKI

Azərbaycan Silahlı Qüvvələrinin uğurlu Horadiz əməliyyatından 25 il ötür

XƏBƏR / 05.01.2019 11:56
Yanvarın 5-də Azərbaycan Silahlı Qüvvələrinin uğurlu Horadiz əməliyyatından 25 il ötür.

AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 20-dən çox kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad olunub.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordumuzda və xalqımızda qələbəyə qəti inam yaranıb. Dahi şəxsiyyətin çağırışı ilə genişmiqyaslı səfərbərlik keçirilib, hərbi hissələr tam komplektləşdirilib. Bundan ruhlanan ordumuz ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə uğurlu hücum əməliyyatları keçirərək düşmənə sarsıdıcı zərbələr endirib. Ağır itkilər verən düşmən atəşkəs müqaviləsini imzalamağa məcbur olub.

Horadiz əməliyyatının həyata keçirilməsində 702 saylı briqadanın şəxsi heyəti misilsiz qəhrəmanlıq nümunəsi göstərib. Əməliyyat 1994-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi ən uğurlu əməliyyat olub. Horadiz əməliyyatı Azərbaycanın hərb tarixində qürurverici qələbədir. Azərbaycan Ordusu bu uğura ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsində hərbçilərlə görüşərək onlarda ruh yüksəkliyi yaratması sayəsində nail olub.

Ordumuz həmin döyüşlərdə düşmənə öz gücünü göstərib. Horadiz əməliyyatı zamanı düşmənin çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib, onlarla döyüş texnikası, xeyli sayda silah-sursat qənimət kimi ələ keçirilib.

Ulu öndər Heydər Əliyevin göstərişi ilə Horadizdə və işğaldan azad olunmuş digər yaşayış məntəqələrində infrastrukturun bərpasına başlanılıb. Ötən dövrdə təhsil, səhiyyə və mədəniyyət müəssisələri, yollar, körpülər, elektrik və suvarma sistemləri tikilib və bərpa olunub. İşğaldan azad edilmiş həmin yaşayış məntəqələrində hazırda 60 mindən artıq əhali yaşayır.

Qarabağ müharibəsi tarixində Horadiz əməliyyatının xüsusi yeri var. Məhz Horadiz əməliyyatı ilə Azərbaycan Ordusunun qələbə əzmi özünə qayıdıb. Horadiz əməliyyatı Azərbaycan Ordusunun qələbələrinin başlanğıcı olub. Bu uğurların davamı olaraq, 2016-cı ildə Aprel döyüşləri nəticəsində yüksək strateji əhəmiyyətə malik Lələtəpə və Talış yüksəklikləri düşməndən azad edildi. Bu qələbə sayəsində "Böyük Qayıdış” prosesinə start verilib. Cocuq Mərcanlı kəndində ən müasir qəsəbə salınıb. Ötən ilin mayında isə Naxçıvanda 11 min hektara yaxın ərazini və Şərur rayonunun Günnüt kəndini işğaldan azad edən ordumuz daha əlverişli mövqelərə yiyələndi. "Xunut” dağı və "Ağbulaq” yüksəkliyi, "Qızılqaya” dağı və "Mehridağ” işğaldan azad edildi, Dərələyəz mahalının Arpa kəndi nəzarətə alındı. "Qızılqaya” yüksəkliyinin azad olunması ordumuza İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etmək imkanı yaratdı.




Oxunub: 342






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim