reklam
USD
15 ℃
EUR
BAKI

20 Yanvar hadisələri milli azadlıq hərəkatının başlanğıcıdır

CANLI TV / 18.01.2019 23:54
20 Yanvar hadisələri milli azadlıq hərəkatının başlanğıcıdır

carci TV xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda 20 Yanvar hadisələrinin 29-cu ildönümü qeyd edilib. Əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban vermiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov "Tarixin qanlı və şanlı səhifəsi” mövzusunda məruzə ilə çıxış edib. Hadisələri xronoloji ardıcıllıqla yada salan direktor müavini Bakıda törədilən qətliamın sovet imperiyası tərəfindən düşünülərək, əvvəlcədən hazırlanmış plan əsasında həyata keçirildiyini diqqətə çatdırıb.
Bildirilib ki, xalqın azadlığını əlindən almağa, iradəsini qırmağa yönəlmiş qanlı hadisələr əksinə olaraq, Azərbaycan xalqının milli hisslərini oyatdı, onu bir amal uğrunda yekdil olmağa, düşmənə qarşı barışmaz mövqe tutmağa yönəltdi.
Coğrafiya üzrə fəlsəfə doktoru Habil Haqverdiyev çıxışında 20 Yanvar hadisələrinin öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu, azadlıq üçün ölümündən qorxmadığını nümayiş etdirdiyini, milli azadlıq hərəkatının başlanğıcı, müstəqilliyə doğru irəliləyişimizin əsası olduğunu diqqətə çatdırıb.
20 Yanvar hadisələri ilə bağlı çıxış edən institut əməkdaşları bu cinayətin heç zaman unudulmayacağını və xalqımızın şəhid olan mərd oğulları ilə fəxr etdiklərini vurğulayıblar.


Oxunub: 389






SON XƏBƏRLƏR

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim