reklam
USD
15 ℃
EUR
BAKI

Milli Məclisdə komitə iclası keçirilib

RƏSMİ / 26.01.2019 10:54
Yanvarın 25-də Milli Məclisin regional məsələlər komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.

Komitənin sədri Arif Rəhimzadə 2018-ci ilin payız sessiyasının yekunlarından danışıb. Bildirilib ki, hesabat dövründə komitənin 7 iclası keçirilib, 16 məsələ müzakirə edilib, onlardan 14-ü qanun layihəsidir. Sessiya ərzində komitənin ünvanına daxil olmuş 86 təklif, ərizə və şikayətin 52-si araşdırılıb və lazımi tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilib. Komitənin payız sessiyası dövründə fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Sonra komitənin 2019-cu il yaz sessiyası üçün nəzərdə tutulan qanunvericilik işləri planı müzakirə olunub və təsdiqlənib.

İşlər planına "Bələdiyyələrin statusu haqqında”, "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda, Torpaq Məcəlləsində, "Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamədə, "Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamədə dəyişiklik edilməsi barədə qanun layihələri daxildir.

Ədliyyə nazirinin müavini Vilayət Zahirov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycanda bələdiyyə aktlarının hüquqi ekspertizasına diqqət artırılıb. Ötən il bələdiyyə aktlarının 2200-dən çoxunun ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı təkliflər verilib. Bələdiyyələr bu təklifləri qəbul edib, aktlarda düzəlişlər ediblər. Diqqətə çatdırılıb ki, doqquz bələdiyyə təklifləri icra etmədiyi üçün onlarla bağlı məhkəmədə iddia qaldırılıb. Bu iddialardan dördü baxılaraq təmin edilib, beş iş isə məhkəmələrin icraatındadır. Bildirilib ki, bələdiyyə qanunvericiliyinə əməl etməyən bələdiyyə sədrləri ilə bağlı inzibati tənbeh tədbirlərinin görülməsinə dair müəyyən dəyişiklik olunub.

Sonra deputatlar fikir və təkliflərini səsləndiriblər.

Müzakirələrdən sonra məsələ səsə qoyularaq qəbul edilib.


Oxunub: 459






SON XƏBƏRLƏR

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim