reklam
USD
10 ℃
EUR
BAKI

Bəhreyndə dünyada ən böyük sualtı park inşa olunacaq

XƏBƏR / 29.01.2019 00:32
Bəhreyndə dünyada ən böyük sualtı park inşa olunacaq

CarciTV xəbər verir ki, Bəhreynin hakimiyyət orqanları bu ilin yayına kimi sahəsi 100 min kvadratmetr olan dünyada ən böyük sualtı tematik park inşa etmək niyyətindədirlər.
Bəhreyn Turizm İdarəsinin, Ətraf Mühitin Mühafizəsi üzrə Ali Şuranın və özəl sektorun birgə layihəsi olan sualtı park ilk növbədə unikal ekoturizm obyekti kimi yaradılacaq. Parkın tikintisinə ən yaxın vaxtlarda başlanacaq. İnşaat işləri ətraf mühitə heç bir ziyan vurulmadan aparılacaq.
Bəhreyn Kralı, Ətraf Mühitin Mühafizəsi üzrə Ali Şuranın prezidenti Həməd bin İsa Al Xəlifənin şəxsi nümayəndəsi Şeyx Abdulla bin Həməd Al Xəlifə bildirib ki, ən yüksək beynəlxalq ekoloji standartları rəhbər tutan Krallıq dəniz mühitini toxunulmaz şəkildə qoruyub saxlamağa çalışır. O deyib: "Biz Bəhreyni ekoturizm və dəniz faunasının mühafizəsi sahəsində dünya liderinə çevirməyi planlaşdırırıq”.
İndiyədək suyun altında qalmış ən böyük təyyarə - 70 metr uzunluğunda "Boeing 747” sualtı parkın mərkəzi obyekti olacaq. Burada mirvari evi, süni riflər və digər obyektlər də yaradılacaq. Ekoloji təmiz materiallardan inşa olunacaq tikililər mərcan liflərinə və onların sakinlərinə heç bir ziyan vurmayacaq. Əksinə, sualtı park onurğasız orqanizmlərin, xüsusilə istridyələrin çoxalmasına şərait yaradacaq.
Sualtı kompleksdə dayvinqlə məşğul olmaq, dəniz flora və faunasını tədqiq etmək mümkün olacaq. Park yerli, regional və beynəlxalq səviyyələrdə dayverləri cəlb edəcək, dayvinq turları isə ətraf mühitin, xüsusən sualtı aləmin qorunub saxlanılmasının əhəmiyyəti barədə ictimaiyyəti məlumatlandıracaq.


Oxunub: 426






SON XƏBƏRLƏR

2026-03-06

16:03 Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın Azərbaycana qarşı dron hücumu ilə bağlı çıxışından təsirlənərək MÜRACİƏT

Product image

03:52 Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Product image

03:17 POEZİYA DƏQİQƏLƏRİ Elnarə BABAYEVA

Product image

03:05 Sürücülər

Product image

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim