reklam
USD
23 ℃
EUR
BAKI

Daşlı Calğan kəndinin daşa dönmüş arzuları

XƏBƏR / 29.01.2019 01:08
Daşlı Calğan kəndinin daşa dönmüş arzuları

-Hörmətli "Ədalət və Həqiqət”, dərdimiz çoxdur, əlac edən isə yox. Bəlkə, siz bizə kömək etdiniz. Bizim kəndimizdə, yəni Siyəzən rayonunun Daşlı Calğan kəndində içməli və suvarma sistemlərinin, bərbad vəziyyətdə olan daxili yollarının dərdi barədə müxtəlif ünvanlara müraciət etmişik, döymədiyimiz qapı qalmayıb. Amma heç birindən səs-soraq çıxmayıb. Həmin yazıları bizim dərdimizlə bərabər atıblar Məlikməmmədin düşdüyü 40 arşınlıq quyuya. Birdən siz də bilməyib bu cızma-qaranı göndərərsiniz rayonumuzun Əlahəzrət təşkilatlarına ki, tədbir görsünlər, artıq dərəcədə xahiş edirik, belə iş tutmayın. Son ümidimiz sizədir. Yox, bu dəfə də ümidlərimiz Daşlı Calğan kəndinin daşlı-kəsəkli yollarında itib batarsa, kəndin mömin bəndələrini bir araya yığıb Allaha şikayət edəcəyik.
Bəli, bəzən elə haqsızlıqlar baş verir ki, bütün bunlara tab gətirib dözmək mümkün olmur. Axı "dünyanın əşrəfi” sayılanlar nə vaxtsa qədər kirpikləri ilə od götürməli, hər cür maddi-mənəvi sarsıntılara dözməlidirlər. Axı, hər cür səbrin həddi-hüdudu var!
Yazıq millət. Bir zamanlar "xam torpağı” təbliğ edə-edə gənclərimizi xam torpaqlara göndərdik. "Dirçəliş”dən danışa-danışa xalqımızın dirçəldiyinə gəncləri inandırmağa çalışdıq. İnandıra bilmədik. Axı onlar Daşlı Calğan kəndinin sakinləri kimi doğma el-obalarında heç bir "dirçəliş” görmədilər. İndi artıq kiçikyaşlı uşaqları da "aldada” bilmirik. "Kəndimiz ildən-ilə gözəlləşir” inşasını yazmaqda çətinlik çəkirlər. Axı, onlar yuxarıda qeyd etdiyim "gözəllik”dən necə söhbət açsınlar? Xoruzun quyruğu görünür axı. Daşlı Calğan kəndinin palçıqlı küçələrindənmi, susuzluğdan cadar-cadar olmuş yararsız torpaq sahələrindənmi, məişət qayğılarındanmı, həllini gözləyən sosial məsələlərdənmi yazsınlar?! 
Axı şagirdləri necə inandıraq ki, bizdə hər şey öz qiymətindədir, səhiyyə pulsuzdur, uşaq bağçalarında, məktəblərdə, ali təhsil ocaqlarında pul yığılmır. Ay tövbə, heç kim inanmaz. Qardaş, bu məmləkətdə dünyaya gəlmək də böyük məsrəf tələb edir, bu dünyadan köçmək də. Xamrımız pulla pulla yoğrulub, atam balası. Deyirəm, nə ola, bu şişman məmurlardan biri Daşlı Calğan kəndində bir malikanə tikdirə. Hə, bax elə olarsa, Daşlı Calğan camaatının yolları da göz oxşayar, suları da daşdan süzülüb gələr. Bilirik ki, bizi ucaldan, yedirən, xoş güzəran verən torpaqdır. Bəs gəlin görək Daşlı Calğan kəndində torpağa münasibət necədir?.. Ayaqlarının altında olan torpağa əlləri çatırmı?!
Abadan şəhər kənarından məlumdur.
Ulu öndər deyirdi ki, "Su həyat mənbəyi olaraq qalır”. Ancaq çox təəssüflər olsun ki, Azərbaycan Respublikası "Azərsu” Açıq Səhmdar Cəmiyyəti "Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyəti, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Siyəzən Suvarma Sistemləri İdarəsi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti belə düşünmür. Məsələn, Siyəzən Suvarma Sistemləri İdarəsi deyir ki, Daşlı Calğan kəndi suvarılan ərazi olmamaqla yanaşı rayonun dağlıq hissəsində yerləşir. Siyəzən Suvarma Sistemləri İdarəsinin həmin ərazidə heç bir suvarma mənbəyi olmadığı üçün Daşlı Calğan kəndini suvarma suyu ilə təmin etmək mümkün deyil. Yəni, Daşlı Calğan kəndinin uluları kəndin yerini gərək bu idarənin əli çatan yerdə salaydılar ki, indi də bu həyat mənbəyindən məhrum olmayaydılar.
Azərbaycan Respublikası "Azərsu” Açıq Səhmdar Cəmiyyəti "Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyəti bildirir ki, Daşlı Calğan kəndində heç bir içməli su xətti, mühəndis texniki qurğuları mövcud deyildir və bu kəndin içməli su təchizatı sisteminin yenidən qurulması işləri "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin növbəti illər üçün nəzərdə tutulmuş tədbirlər planına daxil edildikdən sonra baxıla bilər.
Bu cavabı alan kənd əhli o gündən hey gülürlər. Elə bilməyin ki, işlərinin düzəldiyini görüb gülürlər. Yox, Mollanın əhvalatı yadlarına düşüb gülürlər.
HAŞİYƏ: Deyirlər, Mollanın bir nəfərə borcu olur. Borc yiyəsi hər gün gəlib Molladan borcunu tələb edir. Nəhayət bir dəfə də borc yiyəsi gələndə Molla deyir ki, qardaş, sənin işin demək olar ki, düzəlib. Bax, bu evin kənarına tikanlı məftil çəkəcəyəm, qoyunlar gəlib keçəndə yunları ilişib qalacaq tikanlı məftillərdə. O yunları yığacağam, əyirib yun ipə çevirəcəyəm. O iplərdən heybə toxuyacağam. O heybəni satıb sənin pulunu verəcəyəm. Borc yiyəsi Mollanın bu cavabından uğunub gedir. Molla isə-hə, işinin düzəldiyini görüb gülürsən ha, dostum-deyir.
Qoluçığıqın dərdini qoluçıxıq bilər-deyiblər. Nə qədər ki, vəzifə sahiblər qazsızlığın, susuzluğun, yolsuzluğun ağrısını yaşamayıblar, onlar Daşlı Calğan kəndinin nələr çəkdiyini anlamazlar. Axı süd gölündə üzənlər nə anlarlar ki, qayğısızlıq, dolanışsızlıq, məişət qayğılarsızlıq üzündən bu gün cavanlarımız Rusiyanın Allah bilir, haralarına üz tutmalı olurlar. Amma çox nahaqq. Rusiya eşqi ilə havalanan, "düzlük” sorağı ilə qanadlanan qardaş, hara gedirsən, toxta bir az! Papağını çıxardıb qoy qənşərinə, fikirləş. Onsuz da öz dərdimiz özümüzə bəs edər. Ta qədimdən başımızda nə növ turp əkməyiblər. Kim idi bizimlə hesablaşan, ağzımıza baxan! Qardaş, səndən əvvəlkilər də belə şeylərin əlindən qaçmayıbmı? Getmə, qardaş, mübarizə apar. Daha bu haray, bu ağrı Bakıya oxumağa getmiş oğlu üçün narahat olan, bu qısa ayrılığa dözə bilməyən ananın ağrısı-harayı deyil. Bu ağrı-haray həm də boşalan, yazıqlaşan, oğulları dəyirman suyu kimi sovulan kəndlərin harayıdır, igid oğullarının əlinin sığalına möhtac qalmış torpağımızın harayıdır. Nigar, Həcər qeyrətli qızlarımızın isməti, özü kimi ürəyində qarıyan sevgiləri, yol çəkən qaraca-qaraca gözləridir, qardaş adının böyüklüyünə sığınmaq, öyünmək istəyən bacıların harayıdır.
Ola bilməzmi, qardaş, burada, öz kəndimizdə əl-ələ verib işləyəsiz, abadlaşdırasınız onu, xülasə, kənddə əsl inqilab, sosial çevriliş edəsiniz. Kölgədə yatanın kölgəsi olmaz, qardaş. Getsəm-torpağında uyuyanların ruhu qınayar səni. Getsən- kəndinizin gözü dolan bulaqları, qəddi əyilə bilən çinarları qınayar səni. Qayıdın analarınızın çırağını yandırın, qarıyan sevgiləri cücərdin.
Qaldı ki,getmişlərə...
Haqsızlığın, bürokratçılığın əlindən qaçanlar nə vaxtsa, haçansa dönəcəklər geri. Bu torpağın, bu elatın, bir ana harayının, bir qız sevgisinin haqqı-sayı çiyinlərində dönəcəklər, dönəcəklər! Dönüb, diz çökəcəklər bu torpağa, baş əyəcəklər həsrətdən ağaran birçəklərə, qarıyan sevgilərə! Baş əyəcəklər quruyan xan çinarlara, qız bulaqlara!
Qaldı ki, Daşlı Calğan kəndinin timsalında günahkar məmurlara...
Səlahiyyət sahibləri anlasınlar ki, təkcə öz evlərinə, həyətlərinə baxmaq azdır, başlarını qaldırıb bu yaddan çıxmışlara, unudulmuşlara da bir nəzər yetirsinlər.
Bir də bilirsinizmi, cənab vəzifə sahibləri, ağac suda niyə batmır?
Ona görə ki, su öz yetirdiyini öz qoynunda qərq etməyə utanır.
Mehman Mahmudoğlu.
AJB-nin üzvü, "Qızıl qələm”, "Vicdanlı qələm”,
"Cəsarətli qələm” Media mükafatları laureatı


Oxunub: 652






SON XƏBƏRLƏR

2024-04-16

00:23 QƏLƏMLƏR NIYƏ KÜSDÜ? Uşaq hekayəsi

Product image

00:20 Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

Product image

00:11 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

Product image

00:02 Prezident İlham Əliyevin Qəbələ rayonuna səfərindən görüntülər

Product image

23:46 Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub Dövlətimizin başçısı tədbirdə çıxış edib

Product image

2024-04-08

23:40 Yaş sizin həyatınıza əngəl deyil! 96 yaşlı kardioloq öz uzunömürlülük və mükəmməl sağlamlığının sirrini paylaşıb

Product image

23:20 Çörəyimizə gizli qatılan- Xərçəng yaradan 3 maddə

Product image

23:05 Azərbaycanda ən böyük büdcəyə sahib olan bələdiyyələr hansılardır? - SİYAHI + RƏQƏMLƏR

Product image

22:51 Yaxşı menecerlərin sahib olmalı olduğu 9 xüsusiyyət

Product image

22:10 Daha bir deputatın mandatı ləğv olunacaq

Product image

22:04 Şirkətdə idarəetmənin səviyyəsini müəyyən etmək üçün 18 əsas sual

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

21:55 Azərbaycan savatçıları İtaliyada 4 qızıl medal qazanıblar TƏBRİK EDİRİK

Product image

23:07 “Qarabağ” “Kəpəz”i məğlub edərək ölkə çempionluğunu rəsmiləşdirib

Product image

23:16 "Qarabağ"-"Bayer" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3

Product image
Təqvim