reklam
USD
12 ℃
EUR
BAKI

İntellektual gənclərin yetişdirilməsi Bakı Slavyan Universitetinin əsas hədəflərindən biridir

CANLI TV / 30.01.2019 00:26
İntellektual gənclərin yetişdirilməsi Bakı Slavyan Universitetinin əsas hədəflərindən biridir

2 fevral - Azərbaycan Gəncləri Günüdür. Bu əlamətdar gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, 2 fevral Azərbaycan Gəncləri Günü elan edildi. Həmin vaxtdan etibarən Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə məhz Azərbaycanda təntənəli şəkildə qeyd olunmağa başlandı. Yeri gəlmişkən, Azərbaycanda Gənclər Günü təsis edildikdən sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (8-12 avqust 1998-ci il) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edildi.
Gələcəyin etibarlı təminatçısı olan intellektual səviyyəli gənc kadrların yetişdirilməsi, onlara ölkədə və dünyada ictimai-siyasi işlərdə aparıcı qüvvəyə çevrilməsində yardımçı olmaq ali təhsil ocaqlarının prioritet istiqamətlərindən biri, hətta birincisi hesab olunur.
Bakı Slavyan Universitetinin tərbiyə işləri üzrə prorektoru Xanım Sultanovanın bu məsələ ilə bağlı məqaləsini təqdim edirik.
Gənclik hər bir millətin yaşayıb-yaratması və inkişaf etməsi üçün təməl daşıdır. İstənilən xalqın gələcəyə olan ümidi yalnız onun sağlam gəncliyi ilə ölçülür. Çünki intellektual səviyyəsi və geniş dünyagörüşü olan gənclər dövlətçiliyin, müstəqilliyin gələcəkdə daha dayanıqlı olması üçün öz Vətənini dünya ölkələri arasında uğurla təmsil edən ən yaxşı təminatçılardır. Heç kimə sirr deyil ki, bu gün müasir Azərbaycan gəncliyinin vətənpərvərlik ruhu olduqca geniş və güclüdür. Bu ruh öz qaynağını, ilk növbədə, milli-mənəvi dəyərlərdən götürərək daim inkişaf etməkdədir. Ali təhsil ocaqlarında aparılan tərbiyə işi – milli-mənəvi əxlaqi dəyərlərə, eləcə də dünya mədəniyyətinin ənənələrinə, müasir həyatın dəyər və tələbatlar sisteminə uyğun istiqamətləndirilir. Bu məqsədlə tərbiyəyə yönəlmiş ictimai fəallıq, ünsiyyət və liderlik cəhətlərinin inkişaf etdirilməsi tələbə gənclərin həyat fəaliyyətinin dinamizmini və onun yaradıcı xarakterinin təşəkkülünü təmin edir. Burada gənclərin Azərbaycan xalqının milli adət-ənənələrinin təbliği, milli bayram mərasimlərinin qorunub saxlanılması, milli musiqiyə, folklora meyilli zövqlərin formalaşması məqsədilə tədbirlərin keçirilməsi, gənc istedadların müsabiqələrə cəlb edilməsi mühüm rol oynayır.
Şübhəsiz ki, gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yerlərdən birini tutur. Əsası Ümummilli Lider tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini layiqincə doğrulda bilirlər.
Gənclik deyəndə göz önünə, ilk növbədə, tələbələr gəlir. Təhsil sahəsində aparılan islahatlar gənclər siyasətinin ən vacib istiqamətlərini müəyyən edir. Gənclərin tərbiyəsinə, savadlanmasına, maariflənməsinə, elmi inkişafına, həmçinin dünyagörüşünün artırılmasına göstərilən xüsusi diqqət və qayğının davamı olaraq, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində tələbələrin dünyanın məşhur universitetlərində təhsil almaq üçün göndərilməsi olduqca diqqətəlayiqdir. "Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında” ölkə başçısının fərmanları bu istiqamətdə görülən ən mühüm tədbirlər sırasındadır.
Böyük fərəh hissi ilə qeyd etmək olar ki, artıq Avropa təhsil məkanına inteqrasiya olunmuş, slavyan xalqlarının dilləri və mədəniyyətlərini Azərbaycanda tədris, tədqiq və təbliğ edən Bakı Slavyan Universiteti ölkəmizin dünyaya tanıdılmasında əvəzsiz rol oynayır. Xalqımızın tarixi, dili və mədəniyyətinin, onun zəngin milli-mənəvi dəyərlərinin, ümumilikdə isə ulu öndər Heydər Əliyevin müəyyən etdiyi azərbaycançılıq ideologiyasının xarici ölkələrdə təbliği istiqamətində aparılan işlər bu universitetin dəyərli alimləri ilə yanaşı, gənc tələbələri tərəfindən də uğurla həyata keçirilir.
Hazırda Bakı Slavyan Universitetində müxtəlif istiqamətlər üzrə 18 tələbə təşkilatı və klubu fəaliyyət göstərir. Tələbələrin ölkədə keçirilən ictimai-siyasi və mədəni-kütləvi tədbirlərdə fəal iştirakının təmin edilməsi bu universitetdə təlim-tərbiyə işinin əsas istiqamətlərindən biridir. Təbii ki, tələbələrin təlim və tərbiyəsi istiqamətində görülən işlərin əsas məqsədi dərin biliyə, geniş dünyagörüşü və yüksək mədəniyyətə malik, milli müstəqillik prinsiplərinə sədaqətli, Vətənini, millətini və dövlətini sevən əsl vətənpərvərlər yetişdirməkdir.
Ötən son il ərzində Bakı Slavyan Universiteti gənclərlə bağlı təlim-tərbiyə işində ümumilikdə 90-dan çox idarə və təşkilat, o cümlədən 6 nazirlik və dövlət komitəsi, 25-dən artıq dövlət müəssisəsi, 40 birlik və cəmiyyət, bir çox elm və mədəniyyət ocaqları, qeyri-hökumət təşkilatları və mətbuat orqanları ilə sıx əməkdaşlıq edib.
Tələbə gənclərimizin vətənpərvərlik hissinin yüksək olması özünü xalqımızın tarixinə qanlı hərflərlə yazılmış 20 Yanvar, Xocalı faciəsi və 31 mart soyqırımı günlərində daha aydın görünür. Aprel döyüşlərində şəhid olan qəhrəman oğullarımızın anım gününə həsr olunmuş yürüşdə gənclərimiz Vətən uğrunda döyüşə hər an hazır olduqlarını ifadə edirlər. Azərbaycan gəncinin güclü vətənpərvərlik ruhunda yetişməsi və Silahlı Qüvvələrimizin yaranmasının 100 illiyi ilə əlaqədar Bakı Slavyan Universitetinin 50 tələbəsinin Ağdam rayonunun Quzanlı qəsəbəsində "Marş irəli” layihəsi çərçivəsində iştirak etməsi gənc nəslin doğma torpağa, Vətənə necə bağlı olduğunu əyani göstərir.
Bakı Slavyan Universitetinin gəncləri ölkəmizdə keçirilən bütün daxili və beynəlxalq miqyaslı tədbirlərdə könüllü olaraq fəal iştirak edirlər. 2015-ci ildə Bakıda keçirilən birinci Avropa Oyunları və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları idman yarışlarında tələbə gənclərimiz könüllülər cərgəsinin ilk sıralarında duraraq ölkəmizə gələn qonaqlara Azərbaycan gənclərinin yüksək mədəniyyətini, savadını və multikultural dəyərlərə böyük ehtiram göstərmələrini ən yüksək səviyyədə nümayiş etdiriblər.
Hazırda universitetimizdə gənclərlə şəxsiyyətyönümlü tərbiyə və kollektiv fəaliyyətin formaları ilə uzlaşan özünütərbiyə mühitinin yaradılması, tələbələrin yüksək mənəvi keyfiyyətlərə, vətənpərvərlik duyğularına səbəb olan dərsdənkənar asudə vaxtlarının səmərəli keçirilməsini təmin edən proqramların təşkili onların dünyagörüşünün zənginləşməsinə xidmət edir.
Yaxşı bilirik ki, bu gün məhz dövlətin gənclərə dəstək və diqqəti nəticəsində Azərbaycan gənclərində özünə, istedadına inam hissi artıb. Hər il gənclərimiz müxtəlif bilik yarışmalarında, idman növləri üzrə beynəlxalq olimpiadalarda, intellektual oyunlarda, yaradıcılıq müsabiqələrində və digər yarışlarda yeni-yeni qələbələrə imza atır, ölkəmizin şərəfini layiqincə qoruyurlar.
Bu gün tam əminliklə demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli istiqamətində atılan addımlar, onların həyatda layiqli təbəqəyə çevrilməsi və milli adət-ənənələrə, həmçinin saf dəyərlərə bağlı olmaları üçün dövlət tərəfindən bütün lazımi tədbirlər həyata keçirilir. Gənclərimizin ölkədə məşğulluğunun lazımınca təmin olunması da diqqətdən kənarda qalmır. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərimizin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən çoxsaylı və rəngarəng layihələr çərçivəsində böyüməkdə olan gənc nəslin gələcəyinin müəyyən olunması etibarlı şəkildə ən yüksək səviyyədə təmin edilir.
Sosial həyatın sahələrinə diqqət yetirsək, orada gənclərin fəallığını açıq-aydın görərik. Əlbəttə, bütün bunlar Prezident İlham Əliyevin gənc kadrların irəli çəkilməsi və inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifənin həyata keçirilməsinin təkzibedilməz nəticəsidir. Sözsüz ki, gənclər də onlara göstərilən bu qayğını diqqətdə saxlamağı bacarır, onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar.


Oxunub: 568






SON XƏBƏRLƏR

2025-04-19

03:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar

Product image

03:26 Prezident İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Product image

2025-04-17

12:17 Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Product image

12:07 Kərimli Fizuli Adil oğlu Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini vəzifəsinə təyin olunubTƏBRİK EDİRİK!

Product image

12:03 Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinə yeni sədr təyin olunub TƏBRİK EDİRİK!

Product image

11:39 Kitabxanalar xalqın bilik və zəka mənbəyidir

Product image

2025-04-10

16:26 QÜRBƏT ELDƏ BİR ÖMÜR DƏ GÜLMƏRƏM, ÖZ YURDUMUN BİR GÜNÜNƏ QURBANAM.

Product image

16:14 PÜNHANIN PÜNHAN DÜNYASI

Product image

16:08 ŞAİQ MUSTAFAYEV YARADICILIĞINDA

Product image

15:57 Giya Paçxataşvilinin “Doğum şəhadətnaməsi” şeirlər kitabı haqqında bir neçə kəlmə

Product image

15:32 Armud ağacı. Natavan YUSİFOVA

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim