reklam
USD
9 ℃
EUR
BAKI

2 fevral - Ümumdünya Su-Bataqlıq Əraziləri Günüdür

CANLI TV / 02.02.2019 22:03
2 fevral - Ümumdünya Su-Bataqlıq Əraziləri Günüdür

Daha çox suda üzən quşların əsas mənbəyi olan və beynəlxalq əhəmiyyət daşıyan su-bataqlıq əraziləri haqqında Konvensiya 1971-ci il fevralın 2-də İranın Ramsar şəhərində imzalanıb. Konvensiyanın əsas məqsədi dünyada davamlı inkişafın əldə olunmasında bir vasitə kimi su-bataqlıq ərazilərindən səmərəli istifadə etmək və onları qorumaqdır.
Həmin vaxt konvensiyaya 18 ölkə qoşulsa da, hazırda onların sayı 159-a çatıb. 200 milyon hektardan çox sahəsi olan 2 mindən artıq ərazi beynəlxalq əhəmiyyətli su-bataqlıq əraziləri kimi "Ramsar siyahısı”na daxil edilib.
Respublikamızda ümumi sahəsi 200 min hektardan artıq olan su-bataqlıq əraziləri mövcuddur. Sahəsi 1000 hektardan böyük olan bu sahələrin sayı isə təqribən 17-yə yaxındır. Qızılağac Dövlət Təbiət Qoruğu, Qızılağac, Ağgöl və Şirvan milli parkları, Mahmudçala, Hacıqabul gölü, Kür çayının deltası, Sarısu, Dəvəçi limanı və Xəzərin sahilboyu hissələri belə ərazilərə aiddir. Hər il bu ərazilərə qışlama və köç mövsümündə 100 minlərlə müxtəlif quş növləri toplanır.
"Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında” Ramsar Konvensiyası 2001-ci il iyulun 18-də ratifikasiya edilib. 2003-cü il iyulun 5-də isə Azərbaycan Prezidentinin Sərəncamı ilə Ağgöl Dövlət Təbiət Qoruğunun sahəsi 17924 hektara qədər genişləndirilib və ona milli park statusu verilib. Eyni zamanda, Ağgöl, böyük və kiçik Qızılağac körfəzləri mühüm su-bataqlıq ərazisi kimi 2001-ci il mayın 25-də "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında” Ramsar Konvensiyasının "Ramsar siyahısı”na daxil edilib. Qızılağac Milli Parkı isə ötən il Prezident İlham Əliyevin Sərəncamına əsasən yaradılıb.
Bu günün qeyd edilməsində 95-dən artıq ölkə xüsusi təşəbbüs göstərib. Hazırda hər il dünyanın bir çox ölkəsində dövlət, qeyri-hökumət müəssisələri, təşkilatlar cəmiyyəti su-bataqlıq ərazilərinin əhəmiyyəti haqqında məlumatlandırmaq üçün müxtəlif tədbirlər, müsabiqələr, seminarlar keçirirlər.


Oxunub: 450






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim