reklam
USD
6 ℃
EUR
BAKI

Prokurorluq Donald Trampın inauqurasiyasına ianə edilən 900 min dollarla maraqlanır

Dünya / 07.02.2019 11:31
Nyu-Yorkun Cənub dairəsinin prokurorluğu sahibkar İmaad Zubarinin 2017-ci ildə Donald Trampın inauqurasiyasına cavabdeh komitəyə etdiyi iri məbləğdə ianə ilə maraqlanır.

Carcitv.az CNN telekompaniyasına istinadən xəbər verir ki, görkəmli investor Zubari Vaşinqtondakı siyasi dairələrdə xüsusi çəkiyə malik olduğu üçün xarici ölkə hökumətlərinin konsultasiyası ilə məşğul olur. Sahibkar bu işlərin Tramp komandasına təhvil verilməsi zamanı və sonra prezidentin sabiq hüquqşünası Maykl Koenlə görüşüb, Nyu-Yorkdakı "Trump Tower” göydələnində dövlət başçısının milli təhlükəsizlik üzrə sabiq köməkçisi Maykl Flinnlə şelfi çəkdirib və Trampın özü ilə iki dəfə əlaqə yaradıb.

Lakin prokurorluğu Zubarinin Ağ evin hazırkı rəhbərinin yaxın dairəsinə daxil olması ilə nəticələnən epizod daha çox maraqlandırıb. 2016-cı ildə Donald Trampın qələbəsi ilə yekunlaşan seçkilərdən sonra biznesmen prezidentin inauqurasiya komitəsinə 900 min dollar ianə köçürüb. Bundan öncə isə Zubari Barak Obama və Hillari Klinton da daxil olmaqla Demokratlar partiyası siyasətçilərinin ən iri donoru idi.

NBC telekompaniyasının məlumatına əsasən, Nyu-Yorkun Cənub dairəsinin prokurorluğu Trampın inauqurasiyasına cavabdeh komitəyə həmin tədbirin xərcləri barədə sənədi təqdim etmələri üçün rəsmi sorğu göndərib. Prokurorlar, həmçinin inauqurasiyada iştirak edən qonaqlar barədə məlumatlarla da maraqlanır. Burada söhbət respublikaçı sponsorların Trampla şəxsi görüşlərindən gedir. Müstəntiqlər siyasi xarakterli müxtəlif xidmətlərin və imtiyazların əvəzinə sponsorların ianə köçürüb-köçürmədiklərini araşdırmağa çalışır.

Qeyd edək ki, Donald Trampın inauqurasiyasının keçirilməsinə vəsait toplamaqla məşğul olan komitə yığılan 107 milyon dolların 104 milyonunu tədbirə sərf edib. Bu, 2009-cu ildə Barak Obamanın ilk inauqurasiyasına xərclənən vəsaitdən iki dəfə çoxdur.


Oxunub: 376






SON XƏBƏRLƏR

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image

01:35 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim